Page 229 - Stiven Kinq
P. 229
Ölü zona

arvadınızın sifәtinә turşu atılarsa, plastik әmәliyyata nә qәdәr
pul xәrclәmәli olacağınız haqqında fikirlәşin.

Namәlum adam, kolluqlardan çıxan vәhşi heyvan kimi
fısıldayırdı.

– Bәlkә, indi başa düşәsiniz ki, oğlunuz uşaq bağçasından
qayıdarkәn, onun qabağını kәsmәk sadәdәn dә sadә mәsәlәdir.

– Bunu ağlınıza belә gәtirmәyin! – Riçardson xırıldadı. –
Bunu etmәyәcәksiniz, yaramaz!

– Bunu elә-belә dedim, dedim ki, nә istәdiyinizi özünüz
üçün müәyyәnlәşdirәsiniz, – Sanni dedi. – Seçkilәr... bütün
Amerika bununla yaşayır, deyilmi? Üstәlik, iki yüzillik yubiley
әrәfәsindә. Odur ki, qoy hәr kәs öz kefini sürsün. Amma bәzi
axmaq adamlar ağzına gәlәni danışsa, necә kef elәmәk olar?
Adamlar özgә dalındakı sızanağa da qibtә edirlәr.

Namәlum adam әlini onun boğazından götürdü. Maşının
arxa qapısı açıldı. İlahi, nәhayәt!

– Fikirlәşmәyin vaxtı çatıb, – Sanni Elliman tәkrarladı, –
ümid edirәm ki, bir-birimizi başa düşdük.

– Hә, – Riçardson pıçıldadı, – amma Qre... kiminsә bu cür
taktikanın kömәyiylә seçkilәrdә qalib gәlәcәyinә ümid edirsinizsә,
yanılırsınız.

– Yox, – Sanni dedi, – siz yanılırsınız. Unutmayın, adamlar
öz kefinә yaşamaq istәyirlәr. Odur ki, bu piroqdan öz payınızı
almağa tәlәsin.

Riçardson susdu. O, sükan arxasında heykәl kimi quruyub
qalmışdı, boyun arteriyasının necә döyündüyünü hiss edir vә küt
nәzәrlәrlә kilsәnin üzәrindәki saata baxırdı, sanki hәyatda hәr
şey öz mәnasını itirmişdi. Yәqin, döyülmüş donuz әti artıq
pilәtәnin üstündәdir.

Namәlum adam daha bir-iki söz dedi vә arxasına baxmadan
çıxıb getdi. O, döngәyә burulub, gözdәn itdi. Onun Uorren
Riçardsona son sözü bu oldu: “Qulağını tәmizlә”.

Riçardsonu әsmәcә tutmuşdu, o, özündә maşını sürmәyә
tәpәr tapana kimi xeyli vaxt keçdi. Hirs vә sonsuz qәzәb hissi
bütün varlığına hakim kәsilmişdi. Elә bu dәqiqә maşını polis
idarәsinә sürüb (polis idarәsi kilsә binasında, saatın düz altında

229
   224   225   226   227   228   229   230   231   232   233   234