Page 231 - Stiven Kinq
P. 231
Ölü zona

sәmimi maraqla dinlәyirdi. Conni dә, öz növbәsindә, atasının
qonşu Nyu-Qlosterdә yaşayan Çarlina Makenziyә necә kömәk
etmәsi haqqında söhbәtlәrinә maraqla qulaq asırdı.

– Onun әri әla hәkim idi, amma ev işlәrindә әli yoxdu, –
Herbert danışırdı, – әvvәllәr Çarlina Vera rәfiqәydilәr, ancaq
sonra Vera fundamentalizm cәngәlliyinә düşdü. Bu, onları bir-
birindәn ayırdı. Çarlinanın әri 1973-cü ildә infarktdan öldü.
Onun evi göz önündәcә dağılıb gedirdi. Ona nә ilәsә kömәk
etmәk lazım idi. Odur ki, mәn şәnbә günlәri sәhәr tezdәn onun
yanına gedirәm vә günortadan sonra evә qayıdıram. Conni, sәnә
demәliyәm ki, o, yemәyi sәndәn yaxşı bişirir.

– Hәm dә mәndәn gözәldir, deyilmi? – Conni onun sözlәrinә
dәm tutdu.

– Əlbәttә, o, gözәldir, aramızda elә bir şey yoxdur, özün bi-
lirsәn. Axı ananı dәfn etmәyimizin üstündәn heç bir il belә
keçmәyib...

Buna baxmayaraq, Conni onların arasında bir şeylәrin
olduğunu tәxmin edirdi vә hәtta ürәyindә buna sevinirdi dә. O,
atasının qocalığı tәk-tәnha qarşılamasını istәmirdi.

Uolter Kronkayt televiziya ekranından tamaşaçılara siyasi
yeniliklәr haqqında danışırdı. İlkin seçkilәr keçirilmişdi, partiya
qurultaylarına bir neçә hәftә qalırdı vә belә görünürdü ki, Cimmi
Karterin işlәri yağ kimi gedir – demokratların namizәdi mәhz o
olacaqdı. Forda gәlincә, o, Kaliforniyanın keçmiş qubernatoru
Ronald Reyqanla әmәlli-başlı kәllә-kәllәyә gәlmişdi. Sara Hezlit
öz mәktublarından birindә yazırdı: “Uolt, Fordun sәs çoxluğu
qazanması üçün Allaha yalvarır. Belә olan halda o, senata
keçәcәyinә ümid edir. Başqa yerlәrdә vәziyyәtin necә olduğunu
bilmir, amma Men ştatında Reyqanın heç bir şansı yoxdur”.

Conni, Kitteridә aşpaz işlәyәrkәn, bir qayda olaraq, hәftәdә
iki dәfә Duvra, Portsmuta vә ya Nyu-Hempşirin yaxınlıqda
yerlәşәn digәr şәhәrlәrinә sәfәrlәr edirdi. Prezidentliyә namizәdlәrin
hamısı bu yerlәrdә görüşlәr keçirirdilәr vә Conninin onları
yaxından izlәmәk imkanı olurdu. Bu zaman onların başında
padşahlıq halәsi olmurdu, halә onlardan kimsә hakimiyyәtә
yiyәlәndikdәn sonra üzә çıxacaqdı. Bu sәfәrlәr özünәmәxsus
hobbiyә çevrilmişdi. Seçki kompaniyası Nyu-Hempşirdә başa

231
   226   227   228   229   230   231   232   233   234   235   236