Page 236 - Stiven Kinq
P. 236
ven Kinq
vәziyyәti demәkdir. O, özünә qapansa, psixi zәdә qaçılmaz
olacaq. Bәlkә, Pitsfilddәkilәrә bәnzәyәn yaxşı hazırlıq kursları
barәdә düşünәsiniz?
– Belә bir fikrimiz olub, amma sözün düzü, düşündüm ki,
bununla biz qaçılmaz nәticәni, sadәcә uzatmış olacağıq.
– Bax, bütün komplekslәr dә bundan irәli gәlir. O, hiss edir
ki, vәziyyәt kritikdir: ya oyanlıq, ya da buyanlıq olmalıdır.
– Mәn heç vaxt Çaka tәzyiq etmәmişәm.
– Bilәrәkdәn yox. Bunu bilirәm. Bunu Çak da bilir. Amma
digәr tәrәfdәn, siz zәnginsiniz, işlәriniz yağ kimi gedir, kolleci
dә vaxtilә әla qiymәtlәrlә bitirmisiniz. Zәnnimcә, Çak özünü
Henk Aarondan dәrhal sonra oyuna girmiş kimi hiss edir.
– Belә olan halda mәn neylәyә bilәrәm? Əlimdәn nә gәlir
ki?
– Hesab edirәm ki, o, evdәn kәnarda bir il hazırlıq kursu
keçәrsә, öz gәlәcәyini daha aydın tәsәvvür edә bilәr. Sonra sizin
fabriklәrinizdәn birindә çalışar. Bu, mәnim oğlum vә mәnim
fabriklәrim olsaydı, mәhz bu cür hәrәkәt edәrdim.
– Bәs nә üçün onun özü bu barәdә mәnә heç nә demir?
– Çünki siz onun sizә möhtac olduğunu düşünә bilәrsiniz, –
Conni dedi.
– Bu, onun öz sözlәridir?
– Hә. Çak özünü işdә sınamaq istәyir, o hesab edir ki,
işlәsә, çox şeylәri yoluna qoya bilәr. O, sizin yolunuzla getmәk
istәyir, mister Çatsvort. Amma sizin arxanızca yetişmәk mümkün
deyil. Onun problemi bundadır. O, vәhşi heyvan görmüş tәcrübәsiz
ovçu kimi tәşviş hissi keçirir.
Əslindә Conni mәsәlәni bir qәdәr şişirdirdi. Doğrudur, Çakla
söhbәtlәrindә bәzi mәtlәblәr üzә çıxırdı, amma onlar bu dәrәcәdә
açıq söhbәtlәr aparmırdılar. Sadәcә o, vaxtaşırı Çaka toxunurdu
vә belәliklә, bir çox mәsәlәlәrdәn hali olurdu. O, Çakın portmanatda
gәzdirdiyi fotoşәkillәri görmüşdü vә onların Rocerә aid olduğunu
tәxmin edirdi. Elә mәsәlәlәr vardı ki, Conni onların barәsindә
heç vaxt öz hәmsöhbәtinә danışmazdı. Hәmsöhbәti nә qәdәr
ürәyәyatan adam olsa belә. Çak atasının ayağı dәyәn yeri öpmәyә
dә hazır idi. O, eynәn Rocer kimi, sәrbәst vә inamlı tәsir
236