Page 240 - Stiven Kinq
P. 240
ven Kinq
Kadr dәyişildi.
– Aman Tanrım! – Conni tәәccüblә sәslәndi.
Çatsvort qәhqәhәylә gülәrәk, әllәrini dizlәrinә vurdu.
– Siz belәsinin ardınca gedәrdiniz?
Supermarketin yanındakı dayanacaqda müşahidә olunan
apatiyadan әsәr-әlamәt yox idi. Burada Portsmutdakı “Hilton”
hotelinin Qranit zalında hökm sürәn xatircәmlik dә yox idi. Qreq
Stilson doğma Ricueyә aparan yolun kәnarındakı tәpәciyin
üstündә dayanmışdı. Onun arxasında әlindә avtomat tutmuş,
beretini gözlәrinin üstünә çәkmiş Amerika әsgәrinin heykәli
ucalırdı. Əksәriyyәti gәnclәrdәn ibarәt olan hay-küylü insan
kütlәsi yolu kәsmişdi. Stilsonun әynindә rәngi soluxmuş cins
şalvar vә iki döş cibi olan әsgәr köynәyi vardı. Ciblәrdәn birinin
üzәrindә: “NƏFƏS DƏRMƏYƏ İMKAN!”, digәrinin üzәrindә
isә: “ALMA PİROQUNA ZƏRBƏ!” – yazılmışdı. Başında boy-
nunun ardına doğru itәlәdiyi böyük bir inşaatçı-montajçı kaskası,
kaskanın üzәrindә isә yaşıl rәngli ekoloji emblem vardı. Stilsonun
yanında paslanmayan materialdan düzәldilmiş әl arabası
qoyulmuşdu. Sәsgüclәndiricidәn: “Şükür Tanrıya, mәn kәndli
oğlanam” – deyә oxuyan Con Denverin sәsi eşidilirdi.
– Araba onun nәyinә lazımdır? – Conni soruşdu.
– Görәcәksiniz, – Rocer gülә-gülә dedi.
Herman danışmağındaydı:
– Gizli kartın adı Qreqori Ammas Stilsondur, qırx üç yaşı
var, “Amerikanın haqq yolu” Bibliya cәmiyyәtinin keçmiş kom-
mivoyajörü, keçmiş boyaqçıdır. Boya-başa çatdığı Oklahomada
yağış satıcısı işlәyib.
– Yağış satıcısı... – Çaş-baş qalmış Conni onun sözünü
tәkrarladı.
– Bu, onun seçki proqramının әsas müddәalarından biridir, –
Rocer dedi – onu seçsәk, yağışla bağlı heç bir problemimiz ol-
mayacaq.
Corc Herman davam edirdi:
– Stilsonun siyasi platforması özünün, necә deyәrlәr...
yeniliyi ilә fәrqlәnir.
Con Denver mahnını yüksәk sәslә bitirdi vә kütlә onun
sәsinә sәs verib ucadan qışqırışdı. Onun ardınca Stilson danışmağa
240