Page 239 - Stiven Kinq
P. 239
Ölü zona

– ...Stilson adlı müstәqil namizәd meydana çıxıb, – Kronkayt
deyirdi, – onun qırx üç yaşı var, daşınmaz әmlakın satışı vә
sığortalanması üzrә agentdir. O, min doqquz yüz yetmiş altıncı il
seçki kampaniyasının әn ekssentrik namizәdlәrindәn biridir; buna
baxmayaraq, respublikaçı Harrison Fişer vә onun rәqibi Devid
Bouzun kürkünә birә düşüb, çünki ictimai rәyin nәticәlәrinә
görә, Qreq Stilson onları xeyli qabaqlayır. Tәfәrrüatı ilә – Corc
Herman.

– Stilson kimdir? – Conni soruşdu. Çatsvortu gülmәk tutdu:
– İndi görәcәksiniz. Mart dovşanı kimi taunlunun birisidir.
Amma, mәncә, üçüncü dairәnin sağlam düşüncәli seçicilәri
noyabrda onu Vaşinqtona göndәrәcәklәr.
Ekranda ağ köynәk geymiş yaraşıqlı, cavan bir oğlan
göründü. O, üzәrinә ulduzlu-zolaqlı materiya çәkilmiş taxta mey-
dançada dayanıb, supermarketin yanındakı avtomobil dayanacağına
toplaşmış adamlara müraciәt edirdi. Gәnc adam öz dinlәyicilәrini
әmәlli-başlı dilә tutmağa çalışırdı, ancaq toplaşanların sifәtindәn
onların darıxdıqları vә onu yalnız bekarçılıqdan dinlәdiklәri hiss
olunurdu. Kadr arxasından Corc Hermanın sәsi eşidildi:
– Bu, Devid Bouzdur, demokratların namizәdi – qurbanlıq
qoyun. Bәzilәrinin fikrincә, Bouz çәtin işә girişib, çünki Nyu-
Hempşirin üçüncü seçki dairәsi heç vaxt, hәtta E-Bi-Ceyin sәsli-
küylü qәlәbәsi zamanında belә, demokratlara rәğbәt bәslәmәyib.
Bouz bax bu adamla rәqabәt aparacağını gözlәyirdi.
Ekranda altmış beş yaşlarında olan bir kişi göründü. O,
mötәbәr bir toplantıda çıxış edirdi. Onun seçki kampaniyasını
maliyyәlәşdirmәli olan bu adamlar yapışıqlı, kökәlmәyә meyilli
idi – sanki biznesmenlәr vә respublikaçılar partiyasının üzvü
olduqları sәbәbindәn mәhz bu cür görünmәyә borclu idilәr.
– Qarşınızdakı Harrison Fişerdir, – Herman şәrh edirdi.
Üçüncü dairәnin seçicilәri altmışıncı ildәn başlayaraq, hәr iki
ildәn bir onu Vaşinqtona göndәrirdilәr. O, Nümayәndәlәr Palata-
sında әhәmiyyәtli fiqur sayılır, beş komissiyanın üzvüdür,
Yaşıllaşdırma vә İrriqasiya üzrә Komitәnin sәdridir. Onun gәnc
Devid Bouzu bir hәmlәdә yox edәcәyi gözlәnilirdi. Ancaq nә
Fişer, nә dә Bouz oyun kartlarının içindәki gizli kartı hesaba
almamışdılar. Budur hәmin adam!

239
   234   235   236   237   238   239   240   241   242   243   244