Page 234 - Stiven Kinq
P. 234
ven Kinq

Sanki bir partlayış, qәfil çartıltı yarandı, elә bil barmağını
elektrik rozetinә soxmuşdu. Karterin gözlәri qıyıldı. Onların
baxışları toqquşdu vә belәcә, bir müddәt donub qaldılar.

Bütün bunlar gizli xidmәt agentinin xoşuna gәlmәdi. O,
cәld paltosunun yaxasını açaraq, Karterә tәrәf atıldı. Onların
arxasında, sanki çox uzaqlardan, yeddi saatlıq iş gününün
başladığını bildirәn uzun vә sürәkli fit sәsi eşidildi.

Conni Karterin әlini buraxdı, amma onlar bir-birinә baxmaqda
davam edirdilәr.

– Bu nә demәkdir, lәnәt şeytana? – Karter sakitcә soruşdu.
– Dostum, mәnә elә gәlir ki, sәn harasa tәlәsirdin, – agent
sәslәndi vә ağır әlini Conninin çiyninә qoydu, – elә deyil?
– Hәr şey yaxşıdır, – Karter onu sakitlәşdirdi.
– Siz prezident olacaqsınız, – Conni dedi.
Agentin әli hәlә dә onun çiynindәydi, amma әl sanki bir az
yüngüllәşmişdi. Bu an Conni yenә dә nәsә hiss etdi. Onun gözlәri
gizli xidmәt ağentinin xoşuna gәlmәmişdi. Bu gözlәr ona qәribә
vә soyuq tәsir bağışlayırdı... qoy әlini cibinә atsın, qoy әlini
tәrpәtsin, onu hәmin dәqiqә sәkiyә sәrәcәyәm. Agentin bu fikirlәri
Conninin beynindә dolaşınca, haradansa ağlına iki sadә, ancaq
dәhşәtli söz gәldi:
(Lorel Merilend, lorel Merilend, lorel Merilend, lorel...)
– Hә, – Karter dedi.
– Bu, bir çoxlarının düşündüyündәn dә realdır... hәtta öz dü-
şündüyünüzdәn dә... bir sözlә, siz qәlәbә çalacaqsınız.
Karter gülümsünәrәk sakitcә ona baxırdı.
– Sizin bir qızınız var. O, Vaşinqtonda mәktәbә gedәcәk.
Mәktәb... – Bu, artıq ölü zonadaydı. – Mәktәb azad edilmiş
qulun adını daşıyır.
– Dostum, buradan itilsәn yaxşıdır, – agent dedi.
– Sizinlә tanış olmağıma şadam, – Karter dedi, – mәni bir
qәdәr tәәccüblәndirdiniz, ancaq yenә dә xoşdur.
Conni öz әvvәlki vәziyyәtinә qayıtdı. Hәr şey keçib getdi.
O, qulaqlarının üşüdüyünü hiss etdi vә fikrindәn isti bir
yerә getmәk keçdi.
– Sağlıqla qalın, – o, bir qәdәr çaşqın halda sağollaşdı.

234
   229   230   231   232   233   234   235   236   237   238   239