Page 238 - Stiven Kinq
P. 238
ven Kinq

dollar alırlar. Yox, mәn şikayәtlәnmirәm. Dünyaya dünәn
gәlmәmişәm vә nәyin necә olduğunu bilirәm. Yanacağın da onda
bir hissәsi yüksәk oktanlı benzindәn vә yerdә qalan onda doqquz
hissәsi isә hәr cür zir-zibildәn ibarәtdir. Sizi belәlәri ilә heç nә
bağlamır. Ona görә dә pulu portmanatınıza qoyun vә növbәti
dәfә öz qiymәtinizi bilin.

– Yaxşı. – Conni dedi, – sizi aldatmayacağam, mәn bu
pulları necә xәrclәyәcәyimi bilirәm.

– Xәstәxana borclarını ödәyәcәksiniz?
Conni zәnlә Çatsvortun üzünә baxdı.
– Sizin barәnizdә hәr şeyi bilirәm, – Rocer dedi, – mәn öz
oğluma repetitor götürdüyüm adamın kimliyini araşdırmalıydım
axı...
– Elә isә, siz bilirsiniz ki, mәn...
– Ekstrasenssiniz vә ya buna bәnzәr bir adamsınız. Siz
Mendә baş verәn qәtllәrin üstünü açmağa kömәk elәmisiniz. Hәr
halda, qәzetlәr belә yazır. Yanvar ayına kimi mәktәblә müqavilәniz
olub, ancaq adınız qәzet sәhifәlәrindә hallandırılandan dәrhal
sonra sizi әllәrini yandıran isti kartof kimi kәnara atıblar.
– Siz bütün bunları bilirdiniz? Çoxdan?
– Hәlә siz bizә gәlmәmişdәn.
– Buna baxmayaraq, siz mәni işә götürdünüz?
– Axı mәn repetitor axtarırdım. Sizin işlәriniz dә ki,
gördüyünüz kimi, pis getmir. Mәncә, sizin xidmәtinizә müraciәt
etmәklә düz iş görmüşәm.
– Mәnә yalnız sizә tәşәkkür etmәk qalır, – Conni birdәn-
birә tutulmuş sәslә dedi.
– Tәkrar edirәm, siz öz qiymәtinizi bilmirsiniz.
Onlar söhbәtlәşmәkdәykәn, Uolter Kronkayt beynәlxalq
vәziyyәti şәrh edib qurtardı vә bәzәn xәbәrlәr buraxılışının
sonunda verilәn mәzәli hadisәlәrә keçdi.
– ...Nyu-Hempşir üçüncü seçki dairәsi secicilәrinin...
– Puldur dә, lazım olar, – Conni tәkrarladı, – mәn...
– Bir dәqiqә, bu xәbәri dinlәmәk lazımdır.
Çatsvort qabağa әyilәrәk, mәmnunluqla gülümsәdi. Conni
dә televizora sarı çevrildi.

238
   233   234   235   236   237   238   239   240   241   242   243