Page 242 - Stiven Kinq
P. 242
ven Kinq
Adamlar sevinclә qışqırışdılar. Conni Rocer Çatsvortun da
digәrlәri kimi uğunub getdiyini gördü.
– Dördüncü şüar: “İSTƏDİYİMİZ QƏDƏR NEFT VƏ
QAZ VERİN!” Bu әrәblәrlә cici-bacı oynadığımız yetәr. Biz
keçәn qış olduğu kimi, Nyu-Hempşirli qocaların çöpә keçirilmiş
eskimoya çevrilmәsinә yol verә bilmәrik.
Onun son sözlәri sürәkli alqışlarla qarşılandı. Keçәn qış
Portsmutda pulunu ödәmәdiyinә görә qazı kәsilmiş yaşlı qadın
özünün üçüncü mәrtәbәdәki mәnzilindә soyuqdan donub ölmüşdü.
– Bizim gücümüz kifayәt qәdәrdir, dostlar, biz bunu bacararıq!
Aramızda buna inanmayan adam varmı?
– Yooxduu-r! – Cavabında kütlәdәn nәrilti qopdu.
– Elә isә, sonuncu şüar, – Stilson dedi vә arabaya yaxınlaşdı.
O, arabanın üstündәki örtüyü götürdü vә oradan havaya buxar
dumanı qalxdı. – “İSTİ SOSİSKALAR!” – deyәrәk, hәr iki әlini
arabanın içinә saldı, oradakı sosiskaları çәngәlәyib kütlәnin
içәrisinә atmağa başladı. Sosiskalar dörd tәrәfә sәpәlәnirdi. –
Amerikada hәr bir kişiyә, hәr qadına, hәr uşağa isti sosiskalar
verilsin! Yadınızda saxlayın, Qreq Stilson Nümayәndәlәr Palatasına
seçilәrsә, belә deyәcәksiniz: “İSTİ SOSİSKALAR! NƏHAYƏT,
BU BARƏDƏ DƏ DÜŞÜNƏN TAPILDI!”
İndi ekranda hippi rok-qrupunu xatırladan bir dәstә
yeniyetmәnin taxta meydançanı yığışdırmasını göstәrirdilәr. Üç
nәfәr kütlәnin yerә sәpәlәdiyi zir-zibili yığışdırırdı. Corc Herman
sözlәrini bu cür yekunlaşdırdı:
– Demokratların namizәdi Devid Bouz, Stilsonu demokratik
dәyişikliklәri әngәllәmәyә çalışan tәlxәk adlandırıb. Harrison
Fişer onun ünvanına daha kәskin ifadәlәr işlәdib. O, Stilsonu
azad seçkilәri ucuz balaqana çevirәn abırsız bazar alverçisi
adlandırıb. Öz kütlәvi çıxışlarında o, Stilsonu Amerika “isti
sosiska partiyasının sonuncu üzvü” deyә çağırır. Ancaq fakt
faktlığında qalır: telekompaniyamızın Nyu-Hempşir üçüncü seçki
dairәsindә apardığı rәy sorğusunun nәticәlәrinә görә, seçicilәrin
iyirmi beş faizi Devid Bouza, iyirmi altı faizi Harrison Fişerә,
düz qırx iki faizi isә tәklikdә mübarizә aparan Qreqә sәs vermәyә
hazırlaşır. Əlbәttә, hәlә seçkilәrә çox var, hәr şey dәyişә bilәr.
242