Page 246 - Stiven Kinq
P. 246
ven Kinq
oxuya dreyf edәrkәn, Nqo Fat baryerә yaxınlaşdı, çәkәlәklәrini
çıxarıb, ayaqlarını suya salladı.
– Oooof... – o, dәrindәn nәfәs aldı vә Conniyә baxıb gü-
lümsәdi. – Əcәb sakitlikdir, deyilmi?
– Hә, sakitlikdir, – Conni razılaşdı, – vәtәndaşlıq mәsәlәsi
nә yerdәdir, Nqo? Mәşğәlәlәr necә keçir?
– Güclü keçir, – Nqo dedi, – tezliklә gәzintiyә gedәcәyik.
Çox maraqlıdır. Birinci dәfәdir. Şәnbә günü şәhәrdә küllәnmәmәk
üçün.
– Küllәnmәmәk... – Conni fikirlәşdi ki, Nqonun mәnsub ol-
duğu zümrә hamılıqla LSD vә psilobisin qәbul edәrәk, kef elәyir.
– Bağışlayın, başa düşmәdim, – Nqo Fatın qaşları sual şәk-
lindә çatıldı.
– Şәhәrdә qalıb küllәnmәmәk üçün.
– Hә, sağ olun. Biz Trimbullda siyasi toplantıda iştirak edә-
cәyik. Biz hamımız düşünürük ki, Amerika vәtәndaşlığını seçki
ilindә aldığımıza görә bәxtimiz gәtirib. Bu, çox xeyirlidir.
– Hә, әlbәttә... kimin toplantısında iştirak edәcәksiniz?
– Qreq Stilsin... – o duruxdu vә yenidәn, sözlәri düzgün tә-
lәffüz etmәyә çalışaraq dedi: – Qreq Stilsonun. O, Nümayәndәlәr
Palatasına müstәqil namizәddir.
– Onun barәsindә eşitmişәm, – Conni dedi, – mәgәr siz onu
sinifdә müzakirә etmisiniz?
– Hә, bu adam haqqında söhbәtimiz olub. O, otuz üçüncü
ildә doğulub. Müxtәlif işlәrdә çalışıb. Altmış dördüncü ildә Nyu-
Hempşirә gәlib. Gör burada nә qәdәr yaşayıb. Müәllim dedi ki,
artıq heç kim onu yuyulmamış çәngәl hesab elәmir.
– Çömçә, – Conni dedi.
Nqo son dәrәcә nәzakәtli tәbәssümlә ona baxdı.
– “Yuyulmamış çömçә” demәk lazımdır.
– Hәә, çox sağ olun.
– Stilson sizә bir qәdәr qәribә görünmürmü?
– Amerikada hә, – Nqo dedi, – Vyetnamda isә belәlәri
çoxdur. Onlar... – o, qadınınkına bәnzәr balaca ayaqlarını mavi-
yaşıl suda oynadaraq, bir anlığa fikrә getdi. Sonra yenidәn
Conniyә baxdı. – İngiliscә necә deyәcәyimi bilmirәm. Bizim
246