Page 248 - Stiven Kinq
P. 248
ven Kinq

yollansın? Qreq Stilsonu öz gözlәriylә görәr. Tamaşaya baxar.
Hәlә, bәlkә... onun әlini dә sıxa bildi.

Yox, heç vaxt.
Amma axı niyә? Mәgәr o, seçkidәn qabaq siyasәtçilәrdәn
ibarәt kolleksiya toplamırdı? Uzağı, onlardan birini dә görәcәk,
buna görә mәyus olmağa dәymәz!
Amma artıq Conninin kefi pozulmuşdu; bu, fakt idi. Ürәyi
elә bәrk-bәrk döyünürdü ki, hәtta jurnalı әlindәn hovuza saldı. O
söyә-söyә, hәlә tam islanmamış jurnalın arxasınca suya düşdü.
Nәdәnsә Qreq Stilson haqqında düşünәrkәn Frenk Dodd
yadına düşürdü.
Cәfәng vәziyyәt idi. Stilsonu bircә dәfә televizorda görmәklә,
onun barәsindә necә bu cür fikirlәşә bilәrdi? Heç bir әsas yox
idi.
Ondan uzaq gәz.
Yaxşı, nә etmәli? Bәlkә, getdim, bәlkә, yox. Ola bilsin,
şәnbә günü Bostona gedim. Orada kinoya baxaram.
Ancaq evә qayıdıb paltarını dәyişәrkәn, artıq dәhşәtli qorxu
hissi bütün varlığına hakim kәsilmişdi. Bu hiss, nә ilәsә ona
qәlbinin dәrinliklәrindә nifrәt bәslәdiyi köhnә tanışını xatırladırdı.
Qәrara alındı, o, şәnbә günü Bostona gedәcәk. Belә daha yaxşı
olar.
Üstündәn bir neçә ay keçdikdәn sonra da Conni hәr dәfә bu
günün – 19 avqustun üzәrinә qayıdır, Trimbulla necә gedib
çıxdığını heç cür xatırlaya bilmirdi. O, “Red soks1”un Fenvey-
parkda keçirilәn oyununa baxmaq üçün Bostona tәrәf istiqamәt
götürdü. Sonra imkan daxilindә Kembricә yollanıb, kitab
mağazalarını dolaşmaq vә pulu qurtarmasa (Çatsvortun verdiyi
“mükafat”ın dörd yüz dollarını atasına göndәrmişdi, atası isә bu
pulları “İst-Men medikal sentr”ә göndәrәcәkdi – ödәmәli olduğu
pulun müqabilindә bu mәblәğ dәnizdә damla kimiydi), kino-
teatrda “Axıra kimi” musiqili filminә baxmaq istәyirdi. Pis
proqram deyildi, hәm dә bu proqramı hәyata keçirmәk üçün
münasib gün idi: ilıq, buludsuz, xoş havası vardı. – Yeni İngiltәrәdә
belә günlәr az-az әlә düşür.
O, mәtbәxә keçib vetçina vә pendirlә üç böyük buterbrod
hazırladı, onları anbarda tapdığı köhnә dәbli hörmә sәbәtә qoydu

1“Red soks” – beysbol komandası

248
   243   244   245   246   247   248   249   250   251   252   253