Page 251 - Stiven Kinq
P. 251
Ölü zona

bu, 1966-cı ildә baş vermişdi – Ed Maski onların mәktәbindә
çıxış edәrkәn. Sonuncu yeddi ay әrzindә isә, әlini sıxdığı böyük
adamların sayı bir düjünә çatırdı. Mәgәr hәr dәfә “görәsәn, bu
necә adamdır? İndi o, mәnә nә deyәcәk?” – deyә düşünmәliydi?

Mәgәr o, bütün bu müddәt әrzindә Frenk Doddun analoqunu
axtarmırdımı?

Hә, mәhz elәdir.
İş burasındaydı ki, Karter istisna olmaqla, heç kәs haqqında
elә bir mәlumat әldә edә bilmәmişdi, Karter barәdә öyrәndiklәri
isә narahatçılığa әsas vermirdi. Karterlә әl tutub görüşmәsindәn
fәrqli olaraq, Qreq Stilsonun, hәtta televizordakı görüntülәri onda
acı tәәssürat oyatmışdı. Ona elә gәlirdi ki, Stilson gülәn pәlәng
oyununu (vәhşi heyvan dәrisi geymiş insan) tәrsinә çevirmişdir.
Burada insan dәrisi altında vәhşi heyvan gizlәnmişdi.
Yolun qalan hissәsini necә getdiyi Conninin yadında deyil;
gözünü açıb gördü ki, Fenveyin üstüaçıq stadionunda deyil,
Trimbull parkında nahar edir. O, oraya günortadan az keçmiş
gәlmişdi. Elanlar lövhәsindә oxumuşdu ki, namizәdlә görüş saat
üçdә başlanacaq.
Bir qәdәr tәk qalmaq ümidilә şәhәr parkına yollandı, ancaq
artıq orada otun üstünә üç adyal sәrilmişdi, bәzilәri uçan boşqablarla
oynayırdılar, digәrlәri yemәk-içmәk düzürdülәr.
Bir az aralıda bir neçә adam taxta meydança düzәldirdi. İki
nәfәr alçaqdan düzәldilmiş mәhәccәrin üzәrinә ulduzlu-zolaqlı
materiya çәkirdi. Bir nәfәr nәrdivana çıxıb, günlüyün üzәrinә al-
әlvan kağız lentlәr yapışdırırdı. Digәrlәri sәs qurğusunu
quraşdırmaqla mәşğul idi. Bu qurğu, Si-Bi-Es-in xәbәrlәr
buraxılışından da bәlli olduğu kimi, hansısa dörd yüz dollarlıq
ucuz mal deyildi. Dinamiklәr “Altek-Lansinq” firmasının istehsalı
idi, onları elә düzürdülәr ki, sәs hәr tәrәfdәn eşidilsin.
Texniki xidmәt personalı (әslindә bu oğlanlar daha çox
“İqlz” vә “Qeylz” qruplarının çıxışı üçün meydança hazırlayan
avaralara bәnzәyirdi) öz işlәrini mәharәtlә görürdülәr. Hәr şey
avtomatizm hәddinә çatdırılmışdı, bu isә özünü Borneolu dәliqanlı
kimi göstәrmәyә çalışan Stilsonun obrazı ilә heç cür uyuşmurdu.
– Sınaq, – meydançada dayanmış adam mikrofonu ağzına

251
   246   247   248   249   250   251   252   253   254   255   256