Page 250 - Stiven Kinq
P. 250
ven Kinq

O, 63-cü avtostradaya yaxınlaşırdı. Sola dönәn yol: Kopkord,
Berlin, Riders Mill, Trimbull. Conni nә etdiyini düşünmәdәn
maşını döndәrdi. O, başqa şeylәr haqqında fikirlәşirdi. Heç dә
sadәlövh adam olmayan Rocer Çatsvort, Qreq Stilsonun
hәrәkәtlәrinә baxaraq elә әylәnirdi ki, elә bil Stilson Corc Karlini
vә Çevi Çeysi1 – ikisini birdәn qaloşa qoyub. O, kloundur, Con-
ni.

Əgәr Stilson kloundan başqa bir şey deyilsә, onda nә
qorxu-hürkü ola bilәr? Mәzәli oğlandır, vәssalam. Sadәcә,
seçicilәrin digәr namizәdlәrә ünvanladığı bülletendir. Bu bülletenin
üzәrindә isә yazılıb: uşaqlar, siz o qәdәr alçaq vә rәzilsiniz ki,
biz ikiilliyә bu yelbeyini seçmәk qәrarına gәldik. Bu, bәlkә dә,
belәdir. O, sadәcә ziyansız dәlidir. Frenk Doddla – o soyuqqanlı
manyak-qatillә müqayisәlәr dә yersizdir. Bununla belә... o, nә
üçünsә müqayisәlәr aparırdı.

Önündә uzanan şose haçalandı. Sola gedәn yol Berlinә vә
Riders Millә, sağa gedәn isә Trimbulla vә Konkorda aparırdı.
Conni maşını sağa döndәrdi.

Onun әlini sıxmaqla sәnә heç nә olmaz.
Yәqin ki, elәdir. Kolleksiyaya yeni bir siyasәtçi dә әlavә oluna-
caq. Kimisi marka toplayır, kimisi monet, o isә öz kolleksiyasına
әl sıxmaları yığır. Bundan başqa...
Bundan başqa, boynuna al, sәn kart dәstinin içindәki gizli
kartı axtarırsan.
Bu fikirdәn o dәrәcәdә sarsıldı ki, az qaldı maşını yolun
kәnarına çәksin. Güzgüdә öz әksinә baxıb, üzündәki bu gün
sәhәr-sәhәr gördüyü hәmin sakit, hәr şeydәn razı ifadәni görmәdi.
İndi onun sifәti mәtbuat konfransı zamanı vә Kasl-Rok şәhәr
parkında dizi üstә sürünәrkәn olduğu kimiydi. Rәngi ağarmışdı,
gözlәrinin altı qaralmışdı, üzünün qırışları xüsusilә qabarıq
görünürdü.
Yox, bu, doğru deyil.
Amma, tәәssüf ki, doğruydu. Artıq bütün gizlinlәrin faş
olduğu bir zamanda öz-özüylә gizlәnqaç oynamağa dәymәzdi.
İyirmi üç yaşına qәdәr o, yalnız bir siyasәtçinin әlini sıxmışdı;

1 Corc Karlini vә Çevi Çeysi – Populyar komediya aktyorları

250
   245   246   247   248   249   250   251   252   253   254   255