Page 255 - Stiven Kinq
P. 255
Ölü zona
Nә olsun? Bәlkә dә, belә yaxşıdır. Amerikalılar faşistlәri
heç vaxt sevmәyiblәr, – hәtta Ronald Reyqan kimi qalınqafa
sağçılar da onlara soyuq münasibәt bәslәyirdilәr; bu әnәnә orada
“yeni sollar”ın vә Coan Baezin çılğın çağırışlarından qabaq da
mövcud idi. Sәkkiz il öncә Çikaqo polisinin faşist taktikası
Hyubert Hamfrinin bütün ümidlәrini puça çıxarmışdı. Conni
fikirlәşdi ki, hәr halda, bu gәnclәrin zahiri görünüşünün elә bir
әhәmiyyәti yoxdur, onların Nümayәndәlәr Palatasına seçilmәk
istәyәn bir adamın xidmәtindә olmaları kifayәtdir; demәli, az
keçmiş Stilsonun boynu sınacaq. Necә deyәrlәr, bu qәdәr ağlamalı
olmasaydı, gülәrdi.
Ümumiyyәtlә, deyәsәn, Conni buraya nahaqdan gәlmişdi.
Saat üçә bir neçә dәqiqә qalmış böyük bir tәbilin sәsi havanı
lәrzәyә gәtirdi, bu sәsi ayaqlar qulaqlardan tez duydu. Tәdricәn
tәbilә digәr alәtlәr dә qoşuldu vә nәfәsli orkestr Syuzanın marşını
çalmağa başladı. Niyә dә Stilson bu gözәl yay günündә, bu
әyalәt şәhәrciyindә seçkilәrlә bağlı gözә kul üfürmәsin?
Adamlar yenidәn barmaqlarının ucuna qalxıb, boyunlarını
uzadaraq musiqi sәsi gәlәn tәrәfә baxmağa başladılar. Tezliklә
orkestr dә göründü – irәlidә qotazlı şevron ayaqqabılarını yerә
vura-vura gәlәn qısa әtәkli tәbilçi qız addımlayırdı. Onun ardınca
әllәrindә iri transparant tutmuş iki nәfәr sızanaqlı oğlan gәlirdi.
Transparantın üzәrindә “TRİMBULL ORTA MƏKTƏBİNİN
ORKESTRİ” yazılmışdı, guya bundan mütlәq hamı xәbәrdar
olmalıydı. Onların arxasınca isә mis düymәli gözqamaşdıran ağ
mundir geymiş, qan-tәr içindә addımlayan orkesr musiqiçilәri
gәlirdi.
Adamlar orkestri alqışlarla qarşıladılar vә aralanıb ona yol
verdilәr. Stilson orkestrin arxasınca irәlilәyәn ağ “Ford-furqonun”
üstündә ayaqlarını geniş açıb dayanmışdı – başındakı kaskanı
boynunun ardına doğru itәlәmişdi, dәrisi gündә yanıb qaralmışdı,
kütlәyә әl elәyәrәk gülümsәyirdi. O, güclü ruporu ağzına tutaraq,
sәsini başına atıb qışqırdı: EŞQ OLSUN, UŞAQLAR!
– Eşq olsun, Qreq! – Kütlә o dәqiqә onun sәsinә sәs verdi.
Stilson yüngül hәrәkәtlә yerә tullandı. O, telexәbәrlәrdә
göstәrildiyi kimi cins şalvar vә yaşılı köynәk geymişdi. Qreq
255