Page 258 - Stiven Kinq
P. 258
ven Kinq

gözünün içinә baxmaqdaydılar. Conni, sanki yenә dә xromlanmış
divarları olan dәhlizlә gedirdi, amma bu dәfә Stilson da onunlaydı
vә onların hәr şeyi... hәr şeyi... (ümumi idi).

Hәyatında ilk dәfәydi ki, bu cür kәskin hisslәr yaşayırdı. Bu
hisslәr qәfildәn, sәs-küylә, dar tunellә irәlilәyәn, gözqamaşdıran
fәnәri olan böyük yük qatarı kimi onun üstünә gәlirdi. Qatarın
hәr şeyin üstünә işıq salan fәnәrinin işığı Conninin vücuduna
işlәyirdi, sanki hәşәrata iynә sancırsan. Heç yana qaçmaq mümkün
deyildi, bircә anda ona ayan olan hәqiqәt onu yerә yıxaraq, nazik
vәrәq kimi yastılamışdı, başı üzәrindә isә gecә qatarı gurultu
qoparmışdı.

Qışqırmaq istәyirdi, ancaq sәsi gәlmirdi, buna heç heyi dә
yox idi.

(bu arada әtrafa maviyә çalan duman-tüstü çökmәyә başladı.)
Bundan sonra and içәn Qreq Stilsonun obrazı onu ömrü
boyu izlәyәcәk. Onun and içmәsinә qorxmuş gözlәri... tәcrübәli
(şir )
kәnd pişiyinin caynağına keçmiş çöl siçanının gözlәrini
xatırladan bir qoca şahidlik edir. Stilson bir әlini Bibliyanın
üstünә qoyub, o biri әlini yuxarı qaldırıb. Bu, çox-çox illәrdәn
sonra olub, çünki Stilsonun saçları xeyli seyrәlib. Qoca nәsә
deyir, Stilson onun dediklәrini tәkrarlayır. O, vәd verir ki, (maviyә
çalan duman qatılaşır, tәfәrrüatları bir-bir gizlәdәrәk, hәr şeyi
öz ağuşuna alır, mübarәk mavi duman, Stilsonun sifәti yavaş-
yavaş mavi...sarı...pәlәngin zolaqları kimi sarı rәngin arxasında
itir) dediklәrinin hamısını hәyata keçirәcәk, qoy bu işdә “Tanrı
ona kömәk olsun“. Onun sifәtindә tәntәnәli-sakit, hәtta bir qәdәr
tutqun bir ifadә var, ancaq sevincli duyğular içәridәn onu
qıcıqlandırır, gicgahlarında döyünür. Sevinmәyә dәyәr, axı
qorxmuş siçan gözlü adam hansısa sıradan olan birisi deyil,
Amerika Birlәşmiş Ştatlarının Ali Mәhkәmәsinin sәdridir.
(ilahi, duman, mavi duman, sarı zolaqlar )
Budur, artıq hәr şey mavi dumanın içәrisindә yox olur –
ancaq bu, duman da deyil, nәsә әllә toxunula bilәcәk bir şeydir.
Bu, (ölü zonada gizlәnib) gәlәcәklә bağlı bir şeydir. Kimin
gәlәcәyi ilә? Stilsonunmu? O, bunu bilmirdi.

258
   253   254   255   256   257   258   259   260   261   262   263