Page 261 - Stiven Kinq
P. 261
Ölü zona

– Siz Men ştatının sakinisiniz, Conni. Orada doğulub-bö-
yümüsünüz. Men sakininin Nyu-Hempşirdә nә işi var?

– Dәrs verirәm.
– Çatsvortun oğluna?
– Tәkrar edirәm: bilirsinizsә, niyә soruşursunuz? Yoxsa mәn
nәdәsә şübhәli bilinirәm?
– Varlı ailәdir, – Lankte siqaret yandırdı.
– Hә, varlıdır.
– Nәdir, Conni, Stilsonun pәrәstişkarısınız? – Beyss soruşdu.
Conni adıyla çağırılmasını xoşlamırdı. Bu, onu әsәbilәşdirirdi.
– Bәs siz?
Beyss dodaqlarını büzüb, әdәbsiz bir sәs çıxardı.
– Beş il bundan qabaq Trimbullda folk-rok-musiqi konserti
verirdilәr. Heyk Ceymison bununçün yer ayırmışdı. Şәhәrin
böyüklәri әvvәlcә tәrәddüd edirdilәr, sonra razılaşdılar: gәnclәrin
dә әylәnmәk imkanı olmalıdır. Biz düşünürdük ki, Heykin görü-
şündә, olsa-olsa, yüz-iki yüz gәnc toplaşacaq. Ancaq min altı yüz
adam yığışdı, onların hamısı nәşә çәkir, araq içir, Allah bilir,
daha nә hoqqalar çıxarırdılar. Şәhәrin böyüklәri әmәlli-başlı
qәzәblәndilәr vә bәyan etdilәr ki, bir daha belә şeylәrә yol veril-
mәyәcәk. Bizim cavanlar isә dodaqlarını büzüb, soruşurdular:
“Biz nә pis iş görmüşük ki? Mәgәr kimisә döymüşük, yoxsa
incitmişik?” Bir sözlә, nә istәyirsәn elә, tәki dava-dalaş olmasın.
Mәncә, Stilson da belәlәrindәndir. Yadımdadır, bir dәfә...
– Conni, Stilsondan heyif almaq istәmirsәn ki? – Lankte
onun sözünü kәsdi, – aranızda heç nә baş vermәyib? – O, ata
nәvazişiylә gülümsәdi, sanki onu öz günahını sәmimi etiraf
etmәyә sәslәyirdi.
– Ay yarım bundan qabaq heç onun kim olduğunu da bil-
mirdim.
– Aydındır, amma bu, mәnim sualımın cavabı deyil.
Conni susdu.
– Stilson mәndә narahatlıq yaradır.
– Bu da cavab deyil.
– Mәn belә hesab etmirәm.
– Bizsә düşünürdük ki, bizә kömәk etmәyә çalışacaqsınız, –
Lankte mәyusluqla dillәndi.

261
   256   257   258   259   260   261   262   263   264   265   266