Page 264 - Stiven Kinq
P. 264
ven Kinq

Conni, Qreq Stilsonu yaxşı görә bilmәsi üçün öz oğlunu
çiyninә mindirmiş gәnc adamı xatırladı. Heç kәsin vecinә deyil.

– Buna görә dә sizin kimi FTB-dәn olan “dostu” meydana
çıxıb?

– Necә deyim... – Lankte çiyinlәrini çәkәrәk, sәmimiyyәtlә
gülümsәdi, – Conni, elә fikirlәşmәyin ki, burada mәnim hansısa
marağım var. Hәrdәn başımı itirmiş kimi oluram. Bu oğlan әtrafa,
az qala maqnetik dalğalar yayır. O, tribunadan barmağını mәnә
tuşlayıb, kim olduğumu desәydi, mәni ilk fәnәr dirәyindәncә
asardılar.

Conni bugünkü kütlәni vә qarpız dilimini coşquyla havada
yellәdәn gözәl qızı xatırladı:

– Ola bilәr.
– Ona görә dә әgәr sizә nәsә mәlumdursa... – Lankte qa-
bağa әyildi. Onun üzünün mülayim ifadәsinә nәsә vәhşi bir şey
әlavә olundu, – bәlkә, siz onun içini gördünüz, hә? Elә ona görә
dә tirtap yerә sәrildiniz?
– Ola bilsin, – Conninin sifәti daş kimiydi, heç nә ifadә
etmirdi.
– Hә, başlayın görәk...
Conni ani olaraq, hәr şeyi olduğu kimi danışmaq fikrinә
düşdü, amma dәrhal bu fikrindәn daşındı.
– Onu televizorda görmüşdüm. Bu gün isә işim-gücüm yox
idi, odur ki, gәlib onu görmәk istәdim. Düşünürәm ki, mәnim
kimilәr orada çox idi.
– Orası elәdir, – Beyss dillәndi.
– Vәssalam? – Lankte soruşdu.
– Vәssalam, – Conni dedi vә azacıq tәrәddüddәn sonra әla-
vә etdi, – hәm dә... düşünürәm ki, o, seçkidә qәlәbә qazanacaq.
– Buna heç kәsin şübhәsi yoxdur, – Lankte dedi, – onun
әleyhinә hansısa bir kompromat tapmasaq, siz dediyiniz kimi
olacaq. Hәlәlik isә mәn Beysslә tamamilә razıyam. Stilsondan
kәnar gәzin.
– Mәnә görә narahat olmayın. – Conni kağız stәkanı әlindә
әzib, kәnara tulladı, – sizinlә söhbәt elәmәk xoşdur, cәnablar,
amma mәn Daremә getmәliyәm.

264
   259   260   261   262   263   264   265   266   267   268   269