Page 262 - Stiven Kinq
P. 262
ven Kinq

Conni baxışlarını Beyssә doğru yönәltdi.
– Mister Beyss, mәgәr namizәdlә görüş zamanı huşunu iti-
rәnlәrin hamısı FTB-nin әlәyindәn әlәnmәlidir?
Beyss güldü:
– Yox... niyә ki? Əlbәttә, yox.
– Siz huşunuzu itirmәmişdәn öncә Stilsonun әlini sıxdınız –
Lankte dedi, – onda birtәhәr görünürdünüz. Stilsonun da rәngi
ağarmışdı. Bәxtiniz gәtirdi, Conni. Onun dost-aşnası sizin kәllә
tasınızdan seçki qutusu düzәldә bilәrdi. Onlar sizin pis niyyәtdә
olduğunuzu güman etmişdilәr.
Conni get-gedә Lankteyә daha da tәәccüblә baxırdı. O,
әvvәlcә Beyssә, sonra isә yenidәn FTB agentinә baxdı.
– Siz oradaydınız, – o dedi. – Beyss sizi telefonla çağırmayıb.
Siz orada, görüşdәydiniz.
Lankte siqaretini söndürdü.
– Hә, oradaydım.
– FBT nә üçün Stilsonla maraqlanır? – Conni özünü saxlaya
bilmәdi.
– Gәlin sizin barәnizdә danışaq, Conni. Niyә sizin...
– Yoox... gәlin Stilson haqqında danışaq. Sizin buyurduğunuz
kimi, onun dost-aşnası barәdә. Mәgәr qanun onların bilyard
kiylәri ilә dolaşmasına icazә verir?
– Hә, – Beyss dedi. Lankte xәbәrdaredici tәrzdә onun üzünә
baxdı, amma Beyss ya onun baxışlarını sezmәdi, ya da özünü
görmәzliyә vurdu. – Kiylәr, beysbol bitlәri, qolf ağacları – qanun
bütün bunları gәzdirmәyә icazә verir.
– Eşitmişәm ki, bu dost-aşnanın hamısı әvvәllәr dәmir atlı-
lar olublar; mühәrrikli bandaların üzvlәri.
– Onlar, doğrudan da, müxtәlif klubların üzvlәri olublar, ki-
misi Nyu-Cersidә, kimisi Nyu-Yorkda, bunu siz...
– Qulaq asın, Beyss, – Lankte onun sözünü kәsdi, – indi za-
manı deyil...
– Onun hәqiqәti bilmәsinin nә ziyanı var? – Beyss dedi, –
bәli, bunlar tör-töküntü, zir-zibil yığnağıdır. Onlardan bәzilәri
beş il bundan әvvәl Hemptondaydılar. Onda orada hәr cür
yaramazlıqlar baş alıb gedirdi. Bәzilәri yetmiş ikinci ildә bağlanmış
“Şeytan düjünü” motoklubunun üzvlәri olub. Stilsonun sağ әli

262
   257   258   259   260   261   262   263   264   265   266   267