Page 260 - Stiven Kinq
P. 260
ven Kinq

yumuldu. Sonra huşsuzluğun ahәngdar, getdikcә artan uğultusu
onu öz ağuşuna aldı vә Conni itaәtkarcasına özünü ona tәslim
etdi. O, huşunu itirdi.

– Yox, – Trimbull polisinin rәisi Beyss dedi, – siz heç nәdә
tәqsirlәndirilmirsiniz. Siz hәbs olunmamısınız. Suallara cavab
vermәyә dә bilәrsiniz. Amma cavab versәydiniz, sizә çox minnәtdar
olardıq.

– Çox minnәtdar olardıq, – sәliqәli kostyum geymiş kişi
onun sәsinә sәs verdi. Onun adı Edqar Lankte idi. Federal
Tәhqiqatlar Bürosunun Boston şöbәsindә işlәyirdi. Conni Smit
ona ağır xәstә tәәssüratı bağışlamışdı. Conninin sağ gözünün
üstündә getdikcә qızaran bir şiş vardı. Yıxılanda başı ya çalğıçının,
ya da motosikletçilәrdәn birinin kütburunlu ayaqqabısına dәymişdi.
Lankte ikinci tәxminә üstünlük verirdi. Onu da istisna etmirdi ki,
Conni yıxılarkәn ayaqqabı artıq onun başına istiqamәtlәnibmiş.

Smit tәbaşir kimi ağappaq olmuşdu. Əllәri әsә-әsә Beyssin
ona uzatdığı karton stәkandakı suyu alıb, dodaqlarına yaxınlaşdırdı.
Gözü sәyriyirdi. O, bu anlarda әsl qatilә bәnzәyirdi, baxmayaraq
ki, maşınındakı әn dәhşәtli silah yalnız kәlbәtindәn ibarәt idi.
“Amma hәr halda, peşә peşәdir” – Lankte öz-özlüyündә düşündü.

– Mәn sizә nә deyә bilәrәm ki? – Conni soruşdu. O, qapısı
açıq qoyulmuş kameranın çarpayısında özünә gәlmişdi. Başı
bәrk ağrıyırdı. İndi ağrı yavaş-yavaş azalır, onun yerindә isә
qәribә bir boşluq yaranırdı. Sanki başının içini boşaltmışdılar,
әvәzindә isә ora pambıq doldurmuşdular. Qulaqlarında yüksәk
notlu bir sәs vardı – yox, bu, cingilti deyildi, daha çox monoton
vızıltı idi. Saat doqquzun yarısı idi. Stilson öz başının dәstәsiylә
şәhәri çoxdan tәrk etmişdi. Bütün sosiskaları paylayıb qurtardıqdan
sonra.

– Orada nә baş verdiyini danışın, – Beyss dedi.
– İstiydi. Yәqin, çox hәyәcanlanıb huşumu itirmişәm.
– Bu, sizin hansısa xәstәliyinizlә bağlı deyil ki? – Lankte
guya elә-belә soruşdu. Conni düz onun gözlәrinin içinә baxdı.
– Mәnimlә siçan-pişik oyunu oynamaq lazım deyil, mister
Lankte. Mәnim kim olduğumu bilirsinizsә, bunu açıqca deyin.
– Bilirәm, – Lankte dedi, – deyirlәr, siz ekstrasenssiniz.
– FTB-nin sәninlә gizlәnqaç oynadığını bilmәk üçün eks-
trasens olmaq lazım deyil, – Conni dedi.

260
   255   256   257   258   259   260   261   262   263   264   265