Page 266 - Stiven Kinq
P. 266
ven Kinq

Conni güldü. Çatsvort belәdi dә, hәr vәchlә öz inadını
yeritmәliydi.

– Namizәdlә görüş xoşunuza gәldi?
– Çox ibrәtamiz görüş oldu, – Nqo nәzakәtlә gülümsәyәrәk
dedi. Gözlәri heç nә ifadә etmirdi. Bәlkә, heç Conninin alnının
necә al-әlvan rәngә boyandığına da fikir vermәmişdi. – Hә, çox
ibrәtamizdir, hamımızın xoşuna gәldi.
– Çox gözәl.
– Bәs sizin necә, xoşunuza gәldi?
– O qәdәr dә yox, – Conni cavab verdi vә әlini ehtiyatla
alnındakı şişә çәkdi, hәlә dә ağrıyırdı.
– Hә, çox pis, üstünә çiy әt qoymaq lazım idi, – Nqo
gülümsәmәkdә davam edirdi.
– O, sizә necә tәәssürat bağışladı, Nqo? Rut Çenә vә onun
bacısına? Digәrlәrinә?
– Geriyә dönәrkәn, yolda biz bu barәdә danışmadıq, müәl-
limlәr belә istәdilәr. Onlar dedilәr ki, biz sadәcә gördüklәrimiz
barәdә düşünmәliyik. Yәqin ki, hәftәnin ikinci günü bu barәdә
inşa yazacağıq.
– Bәs siz öz inşanızda nә yazacaqsınız?
Nqo gözlәrini qaldırıb, mavi yay sәmasına baxdı. Nqoyla
sәma, sanki bir-birlәrinә baxaraq gülümsәyirdilәr. Nqonun saçları
ağarmağa başlamışdı. Conni onun barәsindә, demәk olar ki, heç
nә bilmirdi; evlidirmi, yoxsa yox, uşaqları varmı, öz ölkәsini nә
vaxt tәrk edib, kәnd yerindәndirmi, yoxsa Sayqonun özündәndir?
O, Nqonun siyasi baxışlarından da xәbәrsiz idi.
– Biz sizinlә “Gülәn pәlәng” oyunu haqqında danışırdıq, –
Nqo dedi, – yadınızdadır?
– Hә, – Conni dedi.
– Mәn sizә әsl pәlәng haqqında danışmaq istәyirәm. Mәn
onda uşaq idim, bir pәlәng kәndimizә hücum etmәyә başlamışdı.
Bu, adamyeyәn idi, o, qızları, oğlanları, qoca arvadları yeyirdi,
çünki müharibә gedirdi vә kәnddә kişi qalmamışdı. Mәn sonuncu
müharibә haqqında danışmıram, bu, İkinci Dünya müharibәsi
zamanı baş vermişdi. Bu pәlәng insan әtinә dadanmışdı. Bu
dәhşәtli heyvanın öhdәsindәn kim gәlә bilәrdi? Kәnddә әn cavan

266
   261   262   263   264   265   266   267   268   269   270   271