Page 267 - Stiven Kinq
P. 267
Ölü zona

kişinin altmış yaşı vardı, o da tayqol idi. Ən böyük oğlanın, yәni
mәnim isә yeddi yaşım yenicә tamam olmuşdu. Günlәrin bir
günü bu pәlәngi quyuda tapdılar, o, oraya tәlә yeminin – qadın
meyitinin arxasınca düşmüşdü. Əlbәttә, Tanrının özünә bәnzәr
yaratdığı insanın tәlә yemi olması dәhşәtdir, ancaq balaca uşaqları
aparan bu mәşum pәlәngә qarşı heç bir tәdbir görmәmәk ondan
da dәhşәtlidir. Mәn öz inşamda bunları yazacağam. Daha sonra
yazacağam ki, biz pәlәngi tapanda o, hәlә sağ idi. Biz onu
toxalarla vә dәyәnәklәrlә ölüncәyә qәdәr döydük. Hamı onun
üstünә tökülüşmüşdü – qocalar, qadınlar, uşaqlar. Balacaların
bәzilәri o qәdәr qorxmuşdu ki, şalvarlarını batırmışdılar. Görüş
zamanı düşündüm ki, sizin Stilson da hәmin pәlәngә oxşayır, o
da insan әtini xoşlayır. Fikrimcә, ona da quyu qazmaq lazımdır.
Qoy bu quyuya düşsün. Əgәr sağ qalsa, onda onu ölüncәyә qәdәr
döymәk lazımdır.

O, parlaq yay günәşinin altında dayanıb, nәzakәtlә Conninin
üzünә gülümsәyirdi.

– Doğrudan, belә hesab edirsiniz? – Conni soruşdu.
– Əlbәttә, – Nqo cavab verdi. O, sakit, arxayın danışırdı, sanki
söhbәt hansısa әhәmiyyәtsiz mәsәlәdәn gedirdi. – Bu inşanı
müәllimә verdikdә, onun nә fikirlәşәcәyini bilmirәm, – o,
çiyinlәrini çәkdi, – bәlkә dә, deyәcәk: “Nqo, siz hәlә Amerika
yoluyla getmәyә hazır deyilsiniz. Amma mәn fikirlәşdiklәrimi
yazacağam. Bәs siz onun barәsindә nә fikirlәşirsiniz, Conni?
– Düşünürәm ki, o, tәhlükәli adamdır, – Conni dedi, –
mәn... mәn onun tәhlükәli olduğunu bilirәm.
– Bilirsiniz? – Nqo qaşlarını çatdı. – Hә, әlbәttә ki, bilirsiniz.
Sizin Nyu-Hempşirli hәmvәtәnlәriniz üçün o, sadәcә kloundur.
Hazırda bir çoxları üçün qaradәrili idi. Amin Dada kimdirsә,
Stilson da onlar üçün odur. Amma siz elә fikirlәşmirsiniz.
– Hә, – Conni dedi, – amma onu öldürmәyi tәklif etmәk...
– Siyasi nöqteyi-nәzәrdәn, – Nqo qımışdı, – mәn onu siyasi
nöqteyi-nәzәrdәn öldürmәyi tәklif edirәm.
– Bәs bu, mümkün olmasa?
Nqo gülümsәdi, şәhadәt barmağını açıb-bükdü.
– Paf, – o, sakitcә dedi, – paf, paf, paf.

267
   262   263   264   265   266   267   268   269   270   271   272