Page 272 - Stiven Kinq
P. 272
ven Kinq

hazırdır... mәgәr güllә qabağına vermәk üçün insan әtinin hәmişә
bol olacağı ilә bağlı bütün siyasilәrin әminliyi bu prinsipә
әsaslanmırmı?

Rançerlәr indi anladılar ki, әllәrini arı yuvasına salıblar.
Onlar şәhәrdә görünәn kimi, istehza vә gülüş hәdәfinә çevrilirdilәr.
Ştatda elә bir yer tapılmazdı ki, onları kafedralardan söyüb-
yamanlamasınlar. Yağışın sayәsindә xilas edilmiş heyvan әtini
alan yox idi, bu әti satmaq üçün onlar uzaqlara getmәli olurdular.

Hәmin әlamәtdar ilin noyabrında dәmir beşbarmaqla vә
nikellә işlәnmiş 32 kalibrli tapançayla silahlanmış iki gәnc Qreq
Stilsonun qapısını döyüb, özünә başqa iqlim qurşağı axtarıb-
tapması ilә bağlı, rançerlәr vә heyvandarlar assosiasiyasının
xahişini (yeri gәlsә, tәzyiq göstәrmәklә) ona çatdırdılar. Nәticәdә
hәr iki gәnc xәstәxanalıq oldu: birinin beyni silkәlәnmişdi,
digәrinin isә qolu sınmış vә dörd dişi düşmüşdü. Onları Stilsonun
evinin tinindә... şalvarları çıxarılmış halda tapmışdılar. Dәmir
beşbarmaq onlardan birinin bәdәninin, adәtәn oturmaqla assosiasiya
yaradan hissәsindә aşkarlandı. Onu oradan çıxarmaq üçün kiçik
cәrrahiyyә әmәliyyatı aparmalı oldular.

Assosiasiya aman dilәdi. Dekabrın әvvәllәrindә keçirilәn
toplantıda ümumi fonddan yeddi yüz dollar mәblәğindә mükafat
ayrıldı vә onun çeki Qreq Stilsona göndәrildi.

Belәcә, o istәdiyini әldә etdi.
O, 1953-cü ildә anasıyla birgә Nebraskaya köçdü. Yağış
qiymәtdәn düşmüşdü, qeyri-leqal birjada da işlәr yaxşı getmirdi.
Müxtәsәr, onlar Omahaya gәldilәr vә Qreq burada rәngsazlıq
işlәri ilә mәşğul olan kontor açdı. Bu iş iki ildәn sonra iflasa
uğradı. “Amerika haqq yolu” Bibliya cәmiyyәtinin kommivoyajörü
qismindә onun işlәri daha yaxşı gedirdi. O, qarğıdalı zәmisini
eninә-uzununa dolaşır, Allahdan qorxan, sәhәrdәn axşama çalışan
fermerlәrin evindә nahar edir, özünün haqq yoluna qayıtması
barәdә danışır, onlara Bibliya, memorial lövhәlәr, İsa Mәsihin
şüşәdәn düzәldilmiş kiçik heykәllәrini, zәbur kitabları, dini
musiqi yazılarını, dini traktatlar, elәcә dә, “Amerikanın Haqq
Yolu: Birlәşmiş Ştatlara qarşı kommunist-yәhudi qәsdi” adlı
açıq-aşkar qaragüruhçu broşürlәr satırdı. 1957-ci ildә o, öz sınıq-

272
   267   268   269   270   271   272   273   274   275   276   277