Page 275 - Stiven Kinq
P. 275
Ölü zona
vә demokratları bir ağızdan ona öz namizәdliyini Nümayәndәlәr
Palatasına irәli sürmәyi tәklif etdilәr. O, hәr iki tәrәfin tәklifindәn
nәzakәtlә imtina etdi. 73-cü ildә, müstәqil namizәd olduqdan
sonra o, respublikaçıların populyar lideri (onun Axilles dabanı
vaxtilә Niksonun tәrәfini saxlaması idi) ilә vә demokratların zәif
namizәdiylә qabaq-qabağa gәldi. Elә o vaxtdan başlayaraq, başına
inşaatçı-montajçı kaskası qoymağa başladı. O, seçki kampaniyasına
“Yeni Ricuey quraq” şüarı ilә start verdi vә rәqiblәri üzәrindә
qәti qәlәbә qazandı. Növbәti ildә qonşu Men ştatının seçicilәri
demokrat Corc Mitçelldәn vә respublikaçı Ceyms Ervindәn üz
döndәrdilәr vә Lyistonlu sığorta agenti Ceyms Lonqlini qubernator
seçdilәr.
Qreqori Ammas Stilson bu hadisәlәrdәn dәrs aldı.
Conni surәti çıxarılmış qәzet parçalarına öz mülahizәlәrini
vә ona rahatlıq vermәyәn sualları qeyd edirdi. Bәzi mәqamlar
haqqında o qәdәr düşünmüşdü ki, Çansellorun vә Brinklinin
şәrhlәrinә qulaq asmadan da seçki kampaniyasının bütün
tәfәrrüatlarını dәqiqliklә söylәyә bilәrdi. Ondan başlayaq ki,
Qreq Stilsonun, hәtta nәzәri olaraq seçilmәk şansı yox idi. Onun
seçki vәdlәri lәtifәyә bәnzәyirdi. Keçmişi dә bir şeyә yaramırdı,
tәhsili dә. Orta mәktәbdә oxumaqla kifayәtlәnmişdi vә 1965-ci
ilә qәdәr, demәk olar, heç nәylә mәşğul olmamışdı. Seçicilәr
hesab edirdilәr ki, ölkәdә qanunu qanunvericilәr yazmalıdır,
ancaq qanun kodeksinә Stilsonun öz yanaşması vardı. Üstәlik,
evli deyildi. Karyerasına gәlincә, başdan-ayağa anlaşılmazlıqlardan
ibarәt idi. Maraqlıdır ki, mәtbuat, faktiki olaraq, Stilsonun
işlәklәrinә göz yumurdu. Halbuki bu seçki ilindә qәzetlәr mövzu
qıtlığı çәkmәmәliydilәr – Uilbur Mills öz mәşuqәsinin güdazına
getdi, Nümayәndәlәr Palatasının üzvü Ueyn Heys dә hәmin
sәbәbdәn öz işindәn-gücündәn oldu, iqtidar mәnsubları hәr an
ifşa oluna bilәcәklәrindәn qorxaraq tәşviş içindә yaşayırdılar.
Stilsonun heç dә xoş tәsir bağışlamayan, gözәçarpan şәxsiyyәti
isә Conni Smitdәn fәrqli olaraq, mәtbuatda heç bir narahatlıq
yaratmamışdı. Onun motosikllәrdә gәzәn, dәyәnәklәrlә silahlanmış
cangüdәnlәri ilә rastlaşan bir çox seçicilәr şikәst edilmişdilәr;
buna baxmayaraq, reportyorların hamısı sanki ağızlarına su
275