Page 280 - Stiven Kinq
P. 280
ven Kinq

yeddinci-on sәkkizinci illәr. Oddan-alovdan keçmişik. Çoxlu
palçıq ayaqlamışıq, hәr cür zir-zibillә qidalanmışıq. Bella Vud,
oğlum, Bella Vud. Çoxları üçün bu, sadәcә tarix kitablarında
yazılmış bir addır. Mәn isә orada olmuşam. İnsanların necә
öldüyünü görmüşәm...

– Çarlina deyirdi ki, qardaşı... sizin oğlunuz...
– Baddini deyirsәn? İndi sәnin dayın yaşında olardı. Biz
onu necә sevirdik! Onu sevmәmәk mümkün deyildi. Doğulanda
adını Co qoymuşduq, ancaq hamı onu Baddi deyә çağırırdı.
Anası o teleqramı alandan sonra şam kimi әrimәyә başladı.
– Onu müharibәdә öldürüblәr?
– Öldürdülәr, – qoca dәrhal cavab vermәdi, – Sent-Luda,
qırx dördüncü ildә. Belo Vuddan elә dә uzaq deyil. Nasistlәrin
güllәsinә tuş gәldi.
– Mәn bir mәqalә yazıram, – söhbәti istәdiyi mәcraya yö-
nәldә bildiyi üçün mәmnunluqdan daha da sәrmәst olmuş Conni
dedi – onu “Atlantik”ә, ya da “Harpers”ә sata bilәcәyimә ümid
edirәm...
– Sәn yazıçısan? – Güzgülü gözlüyün şüşәlәri parıldadı; Conni
onu әmәllicә maraqlandıra bilmişdi.
– Yazmağa yeni başlayıram, – Conni dedi. O, artıq çox da-
nışdığına görә özünü qınayırdı. Hә, mәn yazıçıyam. Gecәlәr
yazıram. – Mәqalә Hitler haqqında olacaq.
– Hitler haqqında? Hitler haqqında yeni nә deyәcәksәn?
– Bilirsiniz... tutalım... tutalım, siz zaman maşınına oturub,
otuz ikinci ilә qayıtmısınız. Almaniyaya. Tutaq ki, burada Hitlerlә
rastlaşırsınız. Siz onu öldürәrdiniz, yoxsa yox?
Qocanın qara gözlüyü lap Conninin sifәtinә dirәndi. Conninin
sәrxoşluğu, söhbәtcilliyi, ağıllı fikirlәri o dәqiqә harasa qeyb
oldu. İndi hәr şey qocanın nә cavab verәcәyindәn asılı idi!
– Oğlum, sәn zarafat elәyirsәn?
– Yox, zarafat elәmirәm.
Hektor Markstoun әlinin birini әsanın üstündәn götürüb,
cibinә saldı vә bir xeyli orada eşәlәndi. Nәhayәt, әlini cibindәn
çıxardı. Əlindә sümükdәn dәstәyi olan, uzun illәr boyu cilalanmış
vә saralmış, qatlama bir bıçaq tutmuşdu. Qoca digәr әlini işә

280
   275   276   277   278   279   280   281   282   283   284   285