Page 283 - Stiven Kinq
P. 283
Ölü zona

– Mәn onu öldürsәm... onlar mәni tutardılar? Fәnәr dirәyindәn
asıb yox elәyәrdilәr?

– Bilmirәm, – Conni dedi, – amma hәr halda, tutardılar.
– Zaman maşınına oturub o gözәl dünyaya keçmәk mümkün
olmazdımı? O gözәl yetmiş yeddinci ilә?
– Yәqin ki, yox.
– Eybi yox, qoy olsun. Mәn onu onsuz da öldürәrdim.
– Demәli, öldürәrdin?
– Aydın mәsәlәdir, – Çakın dodaqları qaçdı, – özüm üçün
sianid kalium götürәrdim, yaxud köynәyimin boynuna üzqırxan
ülgüc vә ya buna bәnzәr bir şey tikәrdim. Mәni tutanda işgәncә
vermәsinlәr deyә. Hәr halda, bunu elәyәrdim. Əks halda, onun
“lütfkarlığı” sayәsindә hәlak olmuş milyonların ruhu mәni ölәnә
qәdәr tәqib edәrdi.
– Ölәnә qәdәr... – Conni xәstә sәslә tәkrarladı.
– Sizә nә olub, Conni?
Conni özünü gülümsәmәyә mәcbur etdi.
– Hәr şey yaxşıdır. Sadәcә bir anlığa ürәyim sıxıldı.
Çak mavi sәmanın altında oturub, kitab oxumağa başladı.
May.
Ot iyi, toz, doqquzdon vә qızılgül әtri hәr tәrәfi başına
götürüb. Yeni İngiltәrәdә yaz tez qurtarır, cәmisi bir hәftә çәkir,
bәnzәrsiz bir hәftә. Bir az sonra disk-jokeylәr “Biç-Boyz”
ansamblının “qızıl vallar”ını qoyacaqlar, “Honda”ların sәsi bütün
әtrafa yayılacaq vә hay-küylü qızmar yay girәcәk. Bir dәfә
axşamtәrәfi, hәmin hәftәnin sonunda Conni evdә oturub, gözünü
yüngül yaz toranlığına zillәmişdi. Çak öz sәviyyәsiylә әvvәlkilәrdәn
xeyli fәrqlәnәn yeni rәfiqәsi ilә mәktәb balına getmişdi. “Bu qız
oxuyur “ – Çak mәhrәmanә bir şәkildә Conniyә demişdi; bu,
dünyada nәyin necә olduğunu bilәn iki adamın söhbәti idi.
Nqo artıq malikanәdә yaşamırdı. O, martın sonlarında
vәtәndaşlıq almışdı, apreldә isә Şimali Karolinadakı kurort
hotellәrindәn birinә portye kimi öz xidmәtlәrini tәklif etmişdi.
Üç hәftә bundan әvvәl o, müsahibә-söhbәt üçün oraya yollanmışdı
vә onu işә götürmüşdülәr. Yola çıxarkәn Nqo Conninin yanına
gәldi.

283
   278   279   280   281   282   283   284   285   286   287   288