Page 288 - Stiven Kinq
P. 288
ven Kinq

– Başqa sözlә desәk, mәn yalan danışıram.
– Yox, niyә ki? – Rocer hәminki sakit, yumşaq sәslә dedi, –
mәnim Sasseksdәki fabrikimdә bir usta işlәyir, o, heç vaxt bir
kibrit çöpüylә üç siqaretin yandırılmasına razı olmaz, ancaq bu,
o demәk deyil ki, o, pis ustadır. Mәnim mömin dostlarım var,
özüm kilsәyә gedәn deyilәm, amma bu, bizim dostluğumuza
xәlәl gәtirmir. Mәn repetitor axtarırdım vә sizin telepatiyayla,
öncәgörmәylә bağlı öz qabiliyyәtlәriniz haqqında nә düşündüyünüz
mәnә maraqlı deyildi. Yox... elә deyil. Mәn әmin olanda ki, bu,
Çakın mәşğәlәlәrinә mane olmayacaq, marağımı itirdim. Elә dә
oldu. Ancaq “Keti”dә yanğın olacağı haqqında xәbәr, mәnimçün
ayın qoyun pendirindәn düzәldilmәsi kimi bir şeydir.
– Hә dә, mәn yalan satıram, mәn sadәcә dәli olmuşam.
Bu, sәfehlikdir. Conniyә mәktub yazan Düsso vә digәrlәri
dә onu fırıldaqçılıqda günahlandırırdılar. Çatsvort isә onda Janna
d’Ark kompleksi olduğunu deyәn ilk adam idi.
– Elә deyil, – Rocer dedi, – vaxtilә siz dәhşәtli qәzaya
düşmüsünüz vә böyük çәtinliklәrlә hәyata qayıtmısınız; siz
yaşamaq üçün çox şeydәn keçmәli olmusunuz. Mәn bu cür
söhbәtlәr aparmağın tәrәfdarı deyilәm vә әgәr qonaqlardan kimsә,
Pattinin anasını çıxmaq şәrtilә, sizin barәnizdә artıq-әskik danışsa,
ona әdәblә başa salacaqlar ki, bilmәdiyi şeylәrdәn söz açmasın.
– “Keti”, – Conni dedi, – bәs mәn bu adı haradan bilirәm?
Onun kiminsә evi olmadığını necә bildim?
– Çakdan eşitmisiniz. Son günlәr o, bu axşam haqqında tez-
tez danışırdı.
– Mәnә heç nә demәyib.
Rocer çiyinlәrini çәkdi.
– Bәlkә dә, o, mәnimlә vә ya Şelliylә danışarkәn eşitmisiniz.
Bu, sizin alt şüurunuzda ilişib qalıb vә müәyyәn mәqamda...
– Əlbәttә, – Conni mәyusluqla dillәndi, – başa düşmәdiyimiz,
adәt etdiyimiz sxemlәrә uyğun gәlmәyәn nә varsa, hamısını “A”,
“Alt şüur” qrifiylә işarәlәyirik. Bu, iyirminci әsrin idoluna
çevrilib. Rocer, sizin dünyaya praqmatik baxışlarınızla uyuşmayan
çoxmu şeylәr görmüsünüz?
Rocerin gözündә ani parıltı göründü, – bәlkә dә, Conniyә
belә gәlirdi.

288
   283   284   285   286   287   288   289   290   291   292   293