Page 290 - Stiven Kinq
P. 290
ven Kinq

– O, belә şeylәrә inanmır, – Conni dedi. Rocer gülümsәyәrәk,
ayağa qalxdı.

– Gәlin belә elәyәk, Somersuetә gedib, restoranın sahibiylә
danışaq, – o dedi. – Onsuz da ziyafәt pozuldu. Əgәr bu sәfәrdәn
sonra da hәr ikiniz “Keti”nin әleyhinә sәs versәniz, onda biz
onların hamısını öz evimizdә qәbul edәrik. – O, üzünü Conniyә
tutdu. – Bir şәrtlә, dostum, siz içmәyәcәksiniz vә qonaqların
könlünü almağa kömәk edәcәksiniz.

– Mәmnuniyyәtlә, – Conni dedi, – amma axı siz mәnә inan-
mırsınızsa, bütün bunlar nә üçündür?

– Sizi sakitlәşdirmәk üçün, – Rocer dedi, – sizi vә Çakı. Hәm
dә heç nә baş vermәdikdәn sonra bu әhvalatı sizә xatırladıb do-
yunca gülmәk üçün.

– Neynәk, buna görә dә sağ olun. – Vәziyyәt yüngüllәşdikdәn
sonra Conni titrәtmәyә tutulmuşdu, amma başağrıları nisbәtәn
sәngimişdi.

– Ancaq nәzәrinizә çatdırım ki, Conni, – Rocer davam edir-
di – restoran sahibinin sizin sözlәrinizә qulaq asıb banketi
keçirmәyәcәyinә inanmaq, cәhәnnәmdә qar tapmağa bәrabәrdir.
Bilmәlisiniz ki, hәr il keçirilәn bu banketlәrdәn o, külli miqdarda
pul götürür.

– Yerindә bir şey fikirlәşәrik... – Çak dedi.
– Mәsәlәn?
– Ona deyәrik ki... bir sözlә, bir şey fikirlәşәrik...
– Yәni yalan danışarıq, elәmi? Yox, Çak, mәn buna razı ol-
maram. Bu, istisna olunur.
– Yaxşı, – Çak başını yellәdi.
– Elә isә, oturmaq zamanı deyil, – Rocer işgüzarcasına dedi –
artıq beşә iyirmi beş dәqiqә qalır. Somersuetә gedirik.
Saat altıya iyirmi dәqiqә qalmış onlar restorana girdilәr.
Conni divara vurulmuş elanı oxudu: “BU GÜN SAAT 19.00-dan
RESTORANDABANKET OLACAQ. SİZİ SABAH GÖZLƏYİRİK”.
Ürәyi ayağının altına düşdü. Restoranın sahibi Bryus Karrik
barın piştaxtası arxasında dayanmışdı. Karrikin işinin çox olduğunu
demәk olmazdı. Barda adam az idi: bir neçә fәhlә pivә içә-içә
xәbәrlәr buraxılışını izlәyirdi, beş-altı adam da kokteyl içirdi.
Connini dinlәdikdәn sonra Karrikin gözlәri kәllәsinә çıxdı. Conni
sözünü bitirәn kimi Karrik dedi:

290
   285   286   287   288   289   290   291   292   293   294   295