Page 287 - Stiven Kinq
P. 287
Ölü zona

Conni evә getmәyә razı oldu. Çınqıl tökülmüş yolda onların
addımları xüsusilә bәrk sәs çıxarırdı. Bundan başqa, heç bir sәs-
sәmir eşidilmirdi. Onlar hovuzun yanına çatanda yenidәn pıçıltılı
sәslәr gәlmәyә başladı.

– “Keti” deyilәn yer haradadır? – Conni tәkrar soruşdu.
– Qәribәdir ki, siz bunu bilmirsiniz, – Rocer dedi, – elә
bilirdim, bilirsiniz. Yazıq Patti Stren sizin ucbatınızdan huşunu
itirdi.
– Görmürәm. O, ölü zonadadır. O nәdir?
– Gәlin evә keçәk.
– Niyә mәnimlә xәstә kimi davranırsınız?
– Siz çox yorulmusunuz, – Rocer dedi. O, Conniylә sakit,
hәlim sәslә danışırdı, ruhi xәstәlәrlә mәhz bu cür danışırlar. Bu
sәs Connini hövsәlәdәn çıxarırdı, odur ki yenә dә başı ağrımağa
başlamışdı. O, iradә gücünә başağrısını dәf etmәk istәyirdi. Onlar
pillәlәrlә evә qalxdılar.
– Yaxşısınız? – Rocer soruşdu.
– “Keti” haradır?
– Somersuetdә әla restorandır. Sәbәbini bilmirәm, amma
“Keti”dә mәzun axşamlarının keçirilmәsi әnәnә halını alıb. Siz,
hәr ehtimala qarşı, aspirin qәbul edin.
– Yox. Onu buraxmayın, Rocer. Restorana ildırım düşәcәk.
Ora yanıb kül olacaq.
– Conni, – Çatsvort yavaşcadan, hәlim sәslә dedi, – siz bu-
nu bilә bilmәzsiniz.
Conni bir-iki qurtum buzlu su içdi vә stәkanı yerinә qoydu;
onun әllәri әsirdi.
– Siz deyirdiniz ki, mәnim keçmişimlә maraqlanmısınız.
Demәli...
– Hә, maraqlanmışam. Amma siz bundan yanlış nәticә
çıxarmısınız. Mәn bilirdim ki, sizi ekstrasens vә ya buna bәnzәr
bir adam hesab edirlәr, ancaq mәnә ekstrasens lazım deyildi.
Mәnә repetitor lazım idi. Siz isә әla repetitorsunuz. Şәxsәn mәn
belә hesab edirәm ki, yaxşı vә pis ekstrasenslәr heç nәylә
fәrqlәnmirlәr, çünki belә şeylәrә inanmıram. Hәr şey çox sadәdir.
Mәn buna inanmıram.

287
   282   283   284   285   286   287   288   289   290   291   292