Page 291 - Stiven Kinq
P. 291
Ölü zona

– Adınızın Smit olduğunu dediniz, deyilmi?
– Elәdir.
– Mister Smit, gәlin pәncәrәyә yaxınlaşaq.
Onlar paltar şkafının yanından ötüb, dәhlizdәki pәncәrәyә
yaxınlaşdılar.
– Baxın, mister Smit, nә görürsünüz?
Conni orada nә görәcәyini bilirdi, amma yenә dә pәncәrәdәn
bayıra baxdı. Qәrbә aparan 9 nömrәli avtostrada bir az әvvәl
düşmüş zәif yağışdan sonra qurumaq üzrәydi. Göy üzü tәrtәmizdi.
Dolu buradan yan keçmişdi.
– Sәma buludsuzdur. Hәr halda, hәlәlik. Amma...
– Ammasız-filansız, – Bryus Karrik dedi, – mәnim nә düşün-
düyümü bilmәk istәyirsinizmi? Hәr şeyi olduğu kimi deyәcәyәm.
Mәn düşünürәm ki, sizin başınız xarab olub. Öz sәfeh zarafatlarınız
üçün niyә mәhz mәni seçmisiniz, bunu bilmirәm, bilmәk dә
istәmirәm. Amma әziz qardaşım, bircә dәqiqә boş vaxtınız varsa,
sizә vәziyyәti başa salardım. Bu banketә görә mәzunlar mәnә
altı yüz әlli dollar veriblәr. Onlar әla rok-qrup da çağırıblar.
Ərzaqlar alınıb, soyuducudadır, onları elә bu dәqiqә pilәtәnin
üstünә qoymaq olar. İçkinin pulu ayrıca hesablanır. Uşaqların
artıq on sәkkiz yaşı var, onlar istәdiklәri qәdәr içә bilәrlәr vә
içәcәklәr dә... onları da başa düşmәk lazımdır: necә olmasa da,
mәktәbi ömründә yalnız bir dәfә bitirirsәn. Bu gün mәnim cibimә
iki min dollar girәcәk, buna әmin ola bilәrsiniz. İki barmen
kirayәlәmişәm. Altı ofisiant vә bir metrdotel dә üstәlik. Bu tәdbir
pozulsa, bütün gecә әrzindә qazana bilәcәklәrimdәn mәhrum
olaram. Bundan başqa, artıq aldığım altı yüz әlli dolları da geri
qaytarmalıyam. Hәlә mәn digәr müştәrilәrim barәsindә danışmıram –
bu elan düz bir hәftәdir ki, buradan asılıb. İndi mәsәlә sizә aydın
oldu?
– Binanın damında ildırımötürәn qoyulubmu? – Conni so-
ruşdu.
– Mәn ona vәziyyәti başa salıram, o isә mәnә ildırımötürәn-
lәrdәn danışır! – Karrik әllәrini yana açdı. – Bәli, ildırımötürәnim
dә var! Beş il bundan qabaq birisi dә gәlmişdi. Sığorta şirkәtindәn
idi. Zәhlәmi tökürdü ki, әlavә tәhlükәsizlik tәdbirlәri görmәk
lazımdır, guya onda daha böyük mәblәğә sığortalanmaq olar. Bu

291
   286   287   288   289   290   291   292   293   294   295   296