Page 289 - Stiven Kinq
P. 289
Ölü zona

– Göyün üzü tutulub, dolu düşәcәyi gözlәnilir, bu da sizdә
assosiasiya doğurub, – o dedi, – bunu başa düşmәyә nә var?

– Qulaq asın, – Conninin hövsәlәsi daralmışdı, – özünüzü
uşaq kimi aparmayın. Binaya ildırım düşәcәk. Hәr şey yanıb kül
olacaq. Çakı oraya getmәyә qoymayın.

Aman Allah, bu miqren onun axırına çıxacaq. Ağrı da pәlәng
kimi oğrun-oğrun yaxınlaşır. O, әllәriylә alnını ovuşdurdu.

– Conni, siz özünüzә qapılmısınız.
– Onu evdә saxlayın, – Conni tәkrar etdi.
– Qoy özü qәrar versin, mәn ona tәzyiq elәyә bilmәrәm. On
sәkkiz yaşlı azad insandır, mәn ona necә әmr edә bilәrәm?
Qapı döyüldü.
– Conni, gәlmәk olar?
– Gәlin, – Conni dedi vә Çak otağa girdi.
– Özünüzü necә hiss edirsiniz? – O, hәyәcanla soruşdu.
– Pis deyilәm, – Conni dedi, – bir az başım ağrıyır, ancaq
eybi yoxdur. Çak... xahiş edirәm, bu gün oraya getmә. Sәndәn
bir dost kimi xahiş edirәm. Bilmirәm, atanın fikirlәrini bölüşürsәn,
ya yox – bu, vacib deyil. Getmә.
– Əlbәttә, dostum, – Çak gümrah sәslә dedi vә divana yay-
xanaraq, balışa yüngülcә bir tәpik vurdu. – Artıq Pattini zәncirlәsәn
dә, oraya apara bilmәzsәn. Onu әmәllicә qorxutmusunuz.
– Çox tәәssüf edirәm, – Conni dedi. Bu xәbәrdәn canında
bir yüngüllük, onunla birgә zәiflik vә uçunma hiss etdi. – Çox
tәәssüf edirәm, amma hәr halda, yaxşı oldu.
– Siz bunu öncәdәn gördünüz, deyilmi? – Çak gah Conninin,
gah da atasının üzünә baxırdı. – Mәn bunu hiss etdim. Heç dә
xoşagәlәn hiss deyildi.
– Hәrdәn bu, başqalarına da sirayәt edir. Onlara hәsәd apa-
rılası deyil.
– Bir daha belә hisslәr keçirmәk istәmәzdim, – Çak dedi, –
qulaq asın... yәni restoran, doğrudan da, yanacaq?
– Hә, – Conni dedi – oradan uzaq dursan yaxşıdır.
– Axı... – Çak çaşqınlıq içәrisindә atasına baxdı. – Yuxarı
siniflәr restoranı kirayәlәyiblәr. Mәktәb dә bunun әleyhinә deyil.
Kiçik dәstәlәrә bölünüb, orada-burada araq içmәkdәnsә, bu
yaxşıdır. Orada... – Çak bir anlığa susaraq, tәşvişlә sözünü bitirdi,
– orada iki yüz cütlük olacaq. Ata sәn...

289
   284   285   286   287   288   289   290   291   292   293   294