Page 294 - Stiven Kinq
P. 294
ven Kinq

– Siz Çak üçün çox şeylәr elәmisiniz. Tәkcә oxumağı nә-
zәrdә tutmuram. Ümumiyyәtlә.

– Ona çox bağlanmışam.
– Hә, – qadın sakitcә dillәndi, – bilirәm.
Rocer qayıtdı, o, әlindә kribec üçün lövhә vә klassik musiqi
proqramına köklәnmiş tranzistor tutmuşdu.
– Uşaqlar Elton Conu, “Aerosmit”i, “Foqxet”i vә sairәni
oxudurlar, bu tranzistor isә bizim üçün zәhәrә qarşı dәrman
rolunu oynayacaq. Hә, Conni, bir dollardan oynamağa başlayaq?
– Etiraz etmirәm.
Rocer әlini әlinә sürtәrәk oturdu.
– Baxın ha, evә bir qәpiksiz qayıtmalı olacaqsınız, – o,
oyundan qabaq hәrbә-zorba gәldi.
Onlar oynayır, vaxt isә gedirdi. Hәr partiyadan sonra onlardan
biri aşağı düşür, yoxlayırdılar görsünlәr, uşaqlar bilyard stolunun
üstündә rәqs etmirlәr, yaxud kiçik dәstәyә bölünüb, nәsә bir
hoqqa çıxarmırlar ki?!
– Bu gün burada kiminsә hamilә qalmaması üçün gözdә-
qulaqda olmaq lazımdır, – Rocer dedi.
Şelli kitab götürüb, qonaq otağına keçdi. Hәr saatdan bir
musiqi proqramı xәbәrlәr verilişi ilә kәsilirdi. Conni diqqәtlә
qulaq versә dә, nә saat sәkkizdә, nә doqquzda, nә dә onda “Keti”
vә Somersuetin barәsindә heç nә eşitmәdi.
Saat onda verilәn xәbәrlәrdәn sonra Rocer soruşdu:
– Hә, Conni, öz öncәgörmәnә korrektәlәr etmәk istәmirsәn?
– Yox. Sinoptiklәr gecәyarısından sonra havanın az buludlu
olacağını xәbәr vermişdilәr.
“Sanşayn bend”in bas-gitarasının sәsindәn döşәmә ayaqlar
altında titrәyirdi.
– Lap ağını çıxarıblar, – Conni dedi.
Rocer gülümsәdi:
– Sәrxoşdurlar. Spayder Parmelo küncdә uzanılı qalıb, onun
üstünә içindә pivә şüşәlәri olan sini qoyublar. Sәhәr-sәhәr
başlarının necә ağrıyacağını tәsәvvür edirәm. Öz buraxılış gecәmi
xatırlayıram...

294
   289   290   291   292   293   294   295   296   297   298   299