Page 299 - Stiven Kinq
P. 299
Ölü zona
evә qayıtmağını istәyir, istәyir ki, özü sәni müayinә etsin. Şükür
Allaha, pulun da var!
Rocer Çatsvort iki dәfә zәng edib. Ona bildiklәrimi dedim.
Mәncә, o, bu pulları öz vicdanını sakitlәşdirmәk vә oğlunun
ölümdәn dönmәsinә görә mükafat kimi vermәdiyini deyәrkәn,
sәmimi danışır. Belә hallarda anan deyәrdi: bu adam ona mәlum
olan yeganә üsulla öz günahını yumaq istәyir. Hәr halda, sәn bu
pulları götürmüsәn vә mәn ümid edirәm ki, bunu yalnız “ondan
yaxanı qurtarmaq” üçün etmәmisәn. Bunu sәnin xasiyyәtini
bildiyimә görә deyirәm.
Sәnә bir sözüm dә var. Conni, xahiş edirәm, qayıt. Artıq
hay-küy kәsilib – hә dә, deyәcәksәn ki: “Boş sözdür! Bütün baş
verәnlәrdәn sonra hay-küy heç vaxt kәsilmәyәcәk”, – bәlkә dә,
bu sözlәrindә haqlı olacaqsan, amma yalnız qismәn. Mister
Çatsvort telefonda dedi: “İmkan olanda ona çatdırın ki, Nos-
tradamusdan sonra heç bir ekstrasens uzunmüddәtli sensasiya
yarada bilmәz”. Sәnә görә çox narahatam, oğlum. Hәmin axşam
Çatsvortların evindәki uşaqları xilas etdiyinә görә özünә haqq
vermәk әvәzinә, restoranda hәlak olanlara görә әzab çәkmәyin
mәni narahat edir. Mәn narahatam, ümumiyyәtlә, sәn mәnә
lazımsan, Conni. Çox lazımsan. Odur ki xahiş edirәm, tez qayıt.
P.S. Yanğın vә bu hadisәlәrdә sәnin iştirakınla bağlı qәzet
mәqalәlәrini sәnә göndәrirәm. Sәn qorxurdun ki, “hәmin gün
orada olanların hamısı ağızlarına gәlәni qәzetçilәrә danışacaqlar”,
göründüyü kimi, haqlıymışsan. Yәqin, bu mәqalәlәr kefini pozacaq.
Elә isә onları zibil qutusuna at. Sadәcә, Çarlina düşünür ki,
onları oxuduqdan sonra sәn özün özünә deyәcәksәn: “Hәr şey
daha da pis ola bilәrdi, mәnim vicdanım tәmizdir”. Ümid edirәm
ki, belә dә olacaq.
Atan
1977-ci il, 29 sentyabr
Əziz Conni!
Sizin ünvanınızı atanızdan aldım. Böyük Amerika sәhrasında
işlәr necәdir? Heç olmasa, bir qırmızıdәrili görmüsünüzmü (ha-ha)?
Mәn artıq Stovinqtonda, hazırlıq kurslarında oxuyuram. Pis deyil.
Sutkanın on altı saatı öz ixtiyarımdadır. Burada kimya ilә
maraqlanıram. Bu, çәtin kurs sayılır, amma Daremdә keçdiyimiz
299