Page 303 - Stiven Kinq
P. 303
Ölü zona
O, böyük sәs çoxluğuyla Nümayәndәlәr Palatasına seçildi,
ölkә sağa meyillәnәndәn sonra isә “Amerika bu gün” Partiyasını
tәsis etdi. Ən tәәccüblüsü isә, bir neçә konqresmen öz partiyalarını
tәrk edib, Qreqin ifadәsiylә desәk, ona qoşuldu. Onların әksәriy-
yәtinin siyasi baxışları üst-üstә düşürdü. Conni bu baxışları daxili
siyasәtdә saxta liberal, xarici siyasәt mәsәlәlәrindә isә mötәdil,
hәtta konservativ adlandırırdı. Bu adamların heç biri Karterin
Panama kanalı ilә bağlı müqavilәsini dәstәklәmirdi. Əslindә
onların daxili siyasәtinin üzәrindәn liberalizm pәrdәsi götürülsәydi,
onun da tam konservativ olduğu üzә çıxardı. “Amerika bu gün”
Partiyası tәlәb edirdi ki, şәhәrlәr öz problemlәrini özlәri hәll
etsinlәr, dövlәt öz pullarını fahişәlәrә, homoseksualistlәrә, avara-
lara vә keçmiş cinayәtkarlara yardım etmәklә havaya sovurmasın,
vergilәrin kәskin şәkildә aşağı salınması sosial ehtiyaclara ayrılan
yardımların kәskin azaldılmasıyla uzlaşdırılsın. Bütün bunlar
köhnә havalar idi, ancaq Qreqin “Yeni Amerika”sı bu havaları
yeni, xoşagәlimli bir tәrzdә ifa edirdi.
Aralıq seçkilәrindә iki konqresmen vә yeddi senator Stilsonun
tәrәfinә keçdi. Altı senator vә hәr iki konqresmen yenidәn
seçilmişdilәr. Partiyasını dәyişәn doqquz nәfәrdәn sәkkizi
respublikaçı idi, onların ilkin seçki platformasından әsәr-әlamәt
qalmamışdı.
Bir çoxları Qreqin şәxsindә tezliklә hesablaşmalı olacaqları
bir güc görürdülәr. Doğrudur, o, işlәnmiş qazları Yupiterә vә
Saturnun hәlqәsinә çıxara bilmәdi, әvәzindә onun sәylәri nәticәsindә
iki mәnfur fiqur – öz yuvasını maşın dayanacaqlarından әldә
etdiyi qeyri-qanuni gәlirlәrlә isindirәn konqresmen vә prezidentin
“mavi”lәrin toplaşdığı barda kef etmәyә aludә olmuş kömәkçisi
öz vәzifәlәrini itirdi. O, mәnzillәrin isidilmәsiylә bağlı ortaya çı-
xardığı cәsarәtli vә bir çox yeniliklәri ilә seçilәn qanun layihәsini
bütün müzakirә mәrhәlәlәrindәn elә bacarıqla keçirdi ki, buna
heyran qalmamaq olmurdu. 1980-ci ilә qәdәr Qreq hәlә tam
hazırlıqlı olmayacaq, amma 1984-cü ildә artıq böyük maraq
doğuran fiqura çevrilә bilәr. Ancaq әgәr 1988-ci ilә qәdәr duruş
gәtirsә, öz mövqelәrini daha da möhkәmlәndirsә vә dәyişikliklәr
ruzigarı onun hәlә, necә deyәrlәr, dırnağı bәrkimәmiş partiyasını
303