Page 307 - Stiven Kinq
P. 307
Ölü zona

insanları “oxumaq” vә itәn şeylәri tapmaq qabiliyyәtim mәnә
әlavә üstünlüklәr yarada bilәrdi. Lanktenin ölümüylә bağlı bir
şey öyrәnә bilsәydim, elә bundan da başlamaq olardı. Ancaq
çәtin ki, Stilsonun özü әlini qana batırmış olsun. O, yәqin ki,
belә işlәri Sani Ellimana hәvalә edir.

Ancaq Edqar Lanktenin Stilsonun izinә düşmәsi vә mәhz
buna görә öldürülmәsi ilә bağlı mәndә heç әminlik dә yoxdur.
Mәn Sanni Ellimanın yaxasını polisin әlinә verә bilәrәm, amma
Stilson sudan quru çıxar.

Başqa sözlә, ikinci variant da etibarlı sayıla bilmәz. Bunun
riski çoxdur – “Trimbull xәyalları”nı özümdәn boş yerә uzaqlaş-
dırmıram ki. Bu xәyallar hәr dәfә mәndә dәhşәtli başağrıları
yaradır.

Mәn artıq elә bir hәddә çatmışam ki, hәtta Cin Hekmanın
“Fransız әlaqәlәndiricisi II” әsәrindә olduğu kimi, onu narkotiklәrin
vasitәsilә qarmağa keçirmәk vә ya içdiyi “Doktor Pepper”ә1
LSD qataraq, dәli elәmәk fikrinә düşmüşәm. Ancaq bunların
hamısı ucuz detektivlәr üçündür. Qordon Liddi2 üslubunda iş
görmәk murdarlıqdır. Burada o qәdәr dolaşıq mәsәlәlәr var ki,
heç bu barәdә danışmağa dәymәz. Bәlkә, onu oğurlayım?
Nümayәndәlәr Palatasının üzvüdür dә, nә böyük adamdır?.. Yeri
gәlmişkәn, narkotiklәr barәdә. Heroini vә ya morfini necә әldә
edәcәyimi bilmirәm, amma LSD-ni istәdiyim miqdarda elә bu-
radaca, Feniksin ictimai işlәr idarәsindә çalışan Lari Maknotondan
ala bilәrәm. Laridәn ürәyin istәyәn hәblәri almaq olar. Ancaq
Stilsonun LSD-ni içib sadәcә keflәnәcәyini düşünәk (belә şeyi
ağlıma da gәtirmәk istәmirәm)... Onda nә olacaq?

Onu güllәlәmәk vә ya vurub şikәst elәmәk? Alına da bilәr,
alınmaya da. Trimbulldakı görüşdә olduğu kimi, münasib vәziyyәt
yaranarsa, alınar. Tutalım, alındı. Loreldәki qәsddәn sonra Corc
Uolles artıq real siyasi qüvvә kimi çıxış edә bilmәdi. Ancaq
digәr tәrәfdәn, Ruzvelt öz seçki kampaniyasını әlil arabasından
idarә edirdi vә bu, hәtta ona müәyyәn faydalar da gәtirirdi.

1“Doktor Pepper” – sәrinlәşdirici içki
2 Qordon Liddi – Uotorgeytdә qeyri-qanuni olaraq Demokratlar partiyasının mәnzil-qәrar-
gahına soxulmuş “su xәtti ustaları”

307
   302   303   304   305   306   307   308   309   310   311   312