Page 311 - Stiven Kinq
P. 311
Ölü zona

dur. Böyrәk daşlarını nәzәrә almasaq. Bilirsiniz, ona nә deyirәm?
Deyirәm ki, sәn hoqqabazsan, Endi, yaxşı oğlansan, ancaq hoq-
qabazsan. Soruşuram ki, sәn xәrçәngә tutulmusan, Endi? Deyirәm,
xәrçәngә tutulmusan? Hәr kәsә mәlumdur ki, xәrçәngdәn pis
xәstәlik yoxdur, elәdirmi? – Corc diqqәtlә maşının güzgüsündәn
arxaya baxdı, – Qulaq asın, dostum, zarafat etmirәm... özünüzü
necә hiss edirsiniz? Yaxşısınız? Siz az qala ölüyә oxşayırsınız.

– Hәr şey qaydasındadır, – sәrnişin cavab verdi, – sadәcә,
bir dәfә... taksidә yola çıxdığımı xatırladım. Bir neçә il öncә.

– Aydındır, – Corc üzünә ciddi bir ifadә verib dedi, guya
söhbәtin nәdәn getdiyini bilirdi. Hә, Nyu-Yorkda dәlilәrin әlindәn
tәrpәnmәk mümkün deyil. O, bu mövzuda bir qәdәr fikirlәşdikdәn
sonra yenidәn öz qohumu haqqında danışmağa başladı.

– Ana, dayı xәstәdir?
– S-s-s...
– De dә, nә olar!
– Denni, sakit ol.
Qadın xәcalәtlә keçidin o üzündә oturmuş sәrnişinә baxıb
gülümsәdi, sanki “uşaqdır da, neylәyәsәn?” demәk istәyirdi.
Ancaq, deyәsәn, bütün bunlar sәrnişinin heç vecinә deyildi.
Yazıq, doğrudan da, xәstәhal idi – odur ki, dördyaşlı Denni sәhv
etmirdi. Kişi gözlәrini pәncәrәyә zillәyib oturmuşdu; Konnektikut
ştatının sәrhәdini keçәndәn dәrhal sonra başlamış qar hәlә dә
yağırdı. Onun bәnizi soluxmuşdu, hәddәn artıq arıq idi, boynunda
Franken Şteyninkinә bәnzәr müdhiş bir çapıq vardı. Elә bil
kimsә onun beyin qapağını qaldırmaq istәyirmiş, ancaq bunu
bacarmayıb.
Avtobus Nyu-Hempşir ştatına, Portsmuta gedirdi. Qara batıb
yolda qalmasa, cәdvәl üzrә düz saat onun yarısında oraya
yetişәcәkdi. Culiya Braun öz oğluyla qayınanasıgilә gedirdi. O
qoca toyuq yenә dә Dennini әzizlәyib tәrbiyәsini korlayacaq,
uşağınsa tәrbiyәsi onsuz da korlanıb.
– Onun yanına getmәk istәyirәm.
– Olmaz, Denni.
– Baxmaq istәyirәm, görüm nә dәrәcәdә xәstәdir?
– Olmaz!
– Ana, bәlkә, o ölür? – Denninin gözlәri hәyәcandan işıldadı, –
deyәsәn, o, ölüm ayağındadır.

311
   306   307   308   309   310   311   312   313   314   315   316