Page 300 - Stiven Kinq
P. 300
ven Kinq
dәrslәrin yanında heç nәdir. Mәnә elә gәlir ki, mәnim kimya
müәllimim – “Cәsur” lәqәbli qoca Farnem, dünyanı göyә uçurmaq
üçün böyük mәmnuniyyәtlә partlayıcı maddә hazırlayardı. Bu ay
әrzindә ingilis әdәbiyyatı fәnnindәn Selincerin üç әsәrini oxumuşuq
– “Çovdarlıqda uçurumdan qoruyan”, “Frenni vә Zui” vә
“Dülgәrlәr, tiri qaldırın”. Əla yazır. Müәllimimiz deyir ki, o, hәlә
dә Nyu-Hempşirdә yaşayır, ancaq daha yazmır. Bunu ağlıma
sığışdıra bilmirәm. İşlәr yağ kimi getdiyi halda, niyә yazmayasan?
Nә isә. Mәni futbol komandasına yazmaq istәyirlәr, ancaq mәn
sokker1 oynamağı xoşlayıram. Mәşqçimiz deyir ki, sokker baş
işlәtmәyi tәlәb edir, futbol isә axmaqlar üçündür. Hәlәlik bilmirәm,
o, haqlıdır, yoxsa bunu paxıllıqdan deyir?
Sizin ünvanınızı o axşam bizimlә olan uşaqlara versәm,
incimәzsiniz? Onlar sizә minnәtdarlıq etmәk istәyirlәr. Patti
Strenin anası da o cümlәdәn – huşunu itirib, otluğa yıxılan qızın
anasını deyirәm, yadınızdadır? Siz onların gözündә çox ucalmısınız.
Yeri gәlmişkәn, Patti ilә üzülüşdüm. Axı mәn “hәlә lap uşağam”
(ha-ha), hәm dә uzaqdan-uzağa ona necә diqqәt yetirә bilәrәm –
Patti Vassardakı qadın kollecindә oxumağa gedir. Mәnsә burada
bir gözәlçә ilә tanış olmuşam.
Dostum, vaxtınız olanda mәktub yazın. Atamın dediyinә
görә, siz tamam ruhdan düşmüsünüz, axı nәyә görә? Siz ki
әlinizdәn gәlәni etdiniz! Yәqin, o, sizi düzgün başa düşmәyib,
elәdir, Conni? Siz ruhdan düşmәmisiniz, elә deyilmi? Xahiş
edirәm, mәnә özünüz haqqında yazın, yoxsa narahat oluram.
Gülmәli deyilmi – Alfred Nyumen2 sizә görә narahat olur! Ancaq
mәn, hәqiqәtәn dә, narahat oluram.
P.S. Gözәlçәnin adı Holden Kolfilddir, ona roman oxumağı
öyrәtmişәm. Pank rok musiqisi, “Ramones” qrupu onun da
xoşuna gәlir, onları siz dә dinlәyin, әla musiqidir.
Çak
1sokker – Amerika futbolundan fәrqli olan adi futbol
2Nyumen – 60-cı illәrdә nәşr olunan populyar “Med maqazin”– “Psixlәr üçün jurnal”ın
uydurulmuş karikatur personajı
300