Page 301 - Stiven Kinq
P. 301
Ölü zona

1977-ci il, 17 oktyabr
Əziz Conni!
Görürәm, işlәriniz qaydasındadır. Finiksin ictimai işlәrindә
göstәrdiyiniz igidliklәr haqqında oxuyarkәn ugunub getdim.
“Stovinqton pәlәnglәri” ilә birgә bir neçә dәfә tәbiәtin qoynuna
çıxdıqdan sonra mәn dә sizdәn az qaralmamışam, odur ki, ağlayıb-
sızlamayın. Deyәsәn, mәşqçi haqlıymış, futbol – axmaqlar üçün
oyundur, hәr halda, burada elәdir. Hәlәlik әn böyük hesabımız
3:1-dir. Bir oyunda düz üç taçdaun etdim. Yeri gәlmişkәn, axmaq
kimi çoxlu soyuq hava uddum vә hәtta huşumu da itirdim.
Sizin xahiş etdiyiniz kimi, Qreq Stilson “vәzifәyә yiyәlәn-
dikdәn sonra” ata-anamın onunla bağlı nә düşündüklәri ilә maraq-
landım. İstirahәt günlәrindә evә getmişdim. Demәli, belә. Bu ba-
rәdә әvvәlcә atamdan soruşdum. Atam isә öz növbәsindә mәnә:
“Conni hәlә dә bu tiplә maraqlanır?” – deyә sual verdi. Mәn de-
dim: “Yәqin, o, başını itirib, yoxsa sәnin kimi adamın fikrini
soruşmazdı”. Onda o, anama dedi: “Görürsәn, hazırlıq kursla-
rında oğlun necә ağıllanıb? Əslindә ondan başqa şey dә gözlә-
mirdim”.
Yaxşı, mәtlәb üstünә gәlәk. Stilson işә elә canıyananlıqla
başladı ki, hamı tәәccüblәndi. Atam deyir: “Əgәr onun konqresdәki
onaylıq işiylә bağlı dairә sakinlәri arasında sorğu keçirilsәydi, o,
әsasәn “yaxşı” qiymәt alardı. Karterin energetikaya aid qanun
layihәsi üzәrindә apardığı iş vә öz ştatında yaşayış evlәrinin qız-
dırılması ilә bağlı özünün irәli sürdüyü qanun layihәsinә görә isә
ona “әla” qiymәt vermәk olar. Çalışqanlığına görә ona daha bir
“әla” qiymәt düşür”. Atam xahiş etdi, sizә çatdırım ki, ola bilsin
o, Stilsonu “kәndçi tәlxәk” adlandırarkәn sәhv edib.
Onun haqqında başqa fikirlәr dә var. Soruşduğum adamların
az qala hamısı ona rәğbәt bәslәyir. Adamlar deyir ki, ona,
“Əlüstü” yemәkxanasının sahibi missis Carvis kimi geyinmәdiyi
üçün hörmәt edirlәr, onlar hesab edir ki, Stilson “böyüklәrdәn
qorxmur”. “Çәllәy”in (şәhәrin mәrkәzindә şәn meyxana) sahibi
Henri Byörk deyir ki, Stilson “öz başından hündürә tullanıb”.
Başqaları da onun kimi danışır. Hamı Stilsonun elәdiklәri ilә
Karterin elәmәdiklәrini müqayisә edir. Çoxları Karteri seçdiklәrinә
görә peşman olub. Onlardan soruşuram ki, bәs onun özünü dәmir

301
   296   297   298   299   300   301   302   303   304   305   306