Page 297 - Stiven Kinq
P. 297
Ölü zona

1977-ci il, 12 avqust.
Əziz Conni, Sizi axtarıb tapmaq çox asan oldu – hәrdәn
düşünürәm ki, Amerikada pulla kimi desәn tapmaq olar, mәnim
isә pulum var. Sözü birbaşa demәyimlә sizi narazı sala bilәrәm,
amma Çak, Şelli vә mәn sizә çox borcluyuq, odur ki üstüörtülü
danışmağa ehtiyac görmürәm. Pula çox şey almaq olar, ancaq pulun
kömәyiylә ildırımdan qorunmaq mümkün deyil. Yanğınsöndürәnlәr
tualetdә on iki uşaq cәsәdi tapdılar. Tualetin pәncәrәsi qapalıymış,
alov ora girmәyib, amma tüstü sızıb vә onların on ikisi dә
boğulub. Bunu xatırlayanda tüklәrim biz-biz olur, axı Çak da
onların arasında ola bilәrdi. Budur, mәktubunuzda deyildiyi kimi,
mәn sizi yenә dә “tapdım”. Mәn mәlum sәbәbә görә sizi rahat
buraxmıram, bunu heç xahiş dә etmәyin. Hәr halda, mәktubla
birgә sizә göndәrdiyim çeklә pulları almayınca, bu, belә olacaq.
Yәqin, fikir verdiniz ki, indi göndәrdiyim mәblәğ sizin bir ay
öncә imtina etdiyiniz puldan xeyli azdır. Mәn mәlum xәstәxananın
hesablarının saxlandığı bankla әlaqә saxladım vә sizin borclarınızı
ödәdim. Conni, artıq bütün borclardan azadsınız. Bunu etmәk
mәnim üçün çәtin deyildi vә tәkrar edirәm, mәn bunu mәmnu-
niyyәtlә etdim.
Siz bәyan edirsiniz ki, bu pulları götürә bilmәzsiniz. Mәnsә
deyirәm: götürә bilәrsiniz vә götürәcәksiniz. Götürәcәksiniz,
Conni. Mәn sizi Fort-Loderdeydә axtarıb tapdım, başqa yerlәrdә
dә axtarıb-tapacağam, Nepala köçüb getsәniz belә. Mәni qarayaxa
bit hesab elәyә bilәrsiniz, öz işinizdir, amma mәn, daha çox
qaçış itinә oxşayıram. Conni, başa düşün, mәn sizi tәqib etmәk
fikrindәn uzağam. Yadımdadır, siz necә mәni öz oğlumu qurban
vermәmәyә çağırırdınız. Mәn isә az qala onu qurban verәcәkdim.
Bәs o birilәr? Sәksәn bir nәfәr hәlak olub, otuz nәfәr isә ağır
xәsarәtlәr alıb. Çakın sözlәrini xatırlayıram: “Yerindә bir şey
fikirlәşәrik”, bir dә öz sәfeh, axmaq sözlәrim yadıma düşür:
“Mәn buna razı deyilәm. Bu, istisna olunur”. Ancaq axı mәn
nәsә elәyә bilәrdim. Bax bu, mәnә rahatlıq vermir. Mәn o qәssab
Karrikә üç min dollar verә bilәrdim, o isә ofisiantlarla hesablaşıb,
hәmin axşam restoranı bağlaya bilәrdi. Belәcә, hәr xilas olunmuş
insan hәyatı mәnә otuz yeddi dollara başa gәlәrdi. Bir sözlә,
inanın ki, mәnim sizi tәqib etmәk fikrim yoxdur. Onsuz da özüm
özümü bağışlaya bilmirәm. Bizim beş hissimizdәn kәnarda olan

297
   292   293   294   295   296   297   298   299   300   301   302