Page 295 - Stiven Kinq
P. 295
Ölü zona
– Xәbәrlәrin xüsusi buraxılışını tәqdim edirik, – radioda elan
etdilәr.
Bu mәqamda kartları qarışdırmaqla mәşğul olan Conni
onları әlindәn yerә tökdü.
– Sakit olun. Yәqin, Floridada baş vermiş hansısa oğurluqdan
danışacaqlar...
– Mәn elә düşünmürәm, – Conni dedi.
– İndicә aldığımız xәbәrlәrә görә, – diktorun sәsi eşidildi, –
Nyu-Hempşirin sәrhәdindә yerlәşәn Somersuet şәhәrciyindә yan-
ğın baş verib. “Keti” restoranında baş vermiş bu yanğın ştatın
tarixindә әn böyük yanğındır. Yanğın artıq yetmişdәn çox insanın
hәyatına son qoyub. Hadisә mәzunların buraxılış gecәsindә olub.
Yanğınsöndürәnlәrin rәisi Milton Hovi reportyorlara deyib ki,
yanğın qәsdәn törәdilmәyib. Çox böyük ehtimalla yanğın ildırım
düşmәsi nәticәsindә baş vermişdir.
Rocer Çatsvort ağappaq oldu. O, tәrpәnmәdәn, dümdüz
oturub gözlәrini mәchul bir nöqtәyә zillәmişdi. Halsız әllәrini
stolun üstünә qoymuşdu. Aşağıda hay-küy, gülüş sәdaları, Bryus
Sprinqstinin musiqisi bir-birinә qarışmışdı.
Şelli onların olduğu otağa gәldi. Əvvәlcә әrinә, sonra isә
Conniyә baxıb soruşdu:
– Nә olub? Nә hadisә baş verib?
– Sus, – Rocer dedi.
– ...hәlә dә davam edir. Hovinin sözlәrinә görә, ölәnlәrin
sayını yalnız sabah sәhәr müәyyәnlәşdirmәk mümkün olacaq.
Xәbәr verilir ki, bәrk yanmış otuz nәfәrdәn çox adam, әsasәn
Darem orta mәktәbinin mәzunları, yaxınlıqdakı xәstәxanalara
yerlәşdiriliblәr. Qırx nәfәr siqaretçәkmә otağının kiçik pәncәrә-
lәrindәn hәyәtә atılmağa macal tapıb, qalanları isә çıxışda basabas
salıblar vә bu da faciәyә sәbәb olub...
– O, “Keti” barәsindә danışır? – Şelli Çatsvort dәhşәtә gәl-
di. – Bu, orada baş verib?
– Hә, – Rocer dedi. O, tәmkinini qorumağa çalışırdı. – Hә,
orada baş verib.
Qәfildәn birinci mәrtәbәyә sükut çökdü. Sonra pillәlәrdә
ayaq sәslәri eşidildi. Mәtbәxin qapısı taybatay açıldı vә gözlәriylә
anasını axtaran Çak içәri girdi.
– Ana... nәsә olub?
295