Page 298 - Stiven Kinq
P. 298
ven Kinq

şeylәrә inanmamağın hesabını ödәyirәm. Xahiş edirәm, elә
düşünmәyin ki, sizin xәstәxana borclarınızı ödәmәklә, mәn öz
vicdanımı sakitlәşdirmәyә çalışırıam. Pul gücünә nә ildırımdan,
nә qorxulu yuxulardan xilas olmaq olar. Bu pulların hamısı Çaka
qurbandır, baxmayaraq ki, o, bunun fәrqindә deyil.

Pulları götürün ki, sizi rahat buraxım. Bu, mәnim şәrtimdir.
İstәrsәniz, bu pulları YUNİSEF-ә, uşaqlar evinә verin, istәrsәniz,
ippodromda uduzun. Bunun mәnә aidiyyәti yoxdur. Əsas odur
ki, pulu götürәsiniz.

Tәәssüf ki, buradan tәlәsik getdiniz, mәn sizi başa düşürәm.
Tezliklә görüşәcәyimizә ümid edirәm. Çak sentyabrın dördündә
Stovinqtona, hazırlıq kurslarına gedәcәk.

Conni, çeki götürün. Xahiş edirәm.
Sağ olun.

Rocer Çatsvort

1977-ci il, 1 sentyabr
Əziz Conni!
Doğrudanmı, elә düşünürsünüz ki, mәn geri çәkilәcәyәm?
Xahiş edirәm, çeki götürәsiniz.
Sağ olun.

Rocer

1977-ci il, 10 sentyabr
Əziz Conni!
Nәhayәt, tapıldığına görә Çarliylә mәnim sevincimin hәddi-
hüdudu yoxdur. Əvvәlki Connidәn mәktub almaq çox xoşdur.
Oğlum, mәni bir mәsәlә çox narahat edir. Mәn Sem Veyzaka
zәng edib, sәnin başağrılarının güclәnmәsiylә bağlı mәktubunda
yazdıqlarını ona oxudum. O, sәnin tәcili olaraq hәkimә müraciәt
etmәyini mәslәhәt gördü. O, beyinin zәdәlәnmiş hissәsindә tromb
әmәlә gәlә bilәcәyindәn qorxur. Bu, mәni dә, Semi dә çox
narahat edir. Komadan çıxdıqdan sonra onsuz da görkәmindәn
xәstәlik yağırdı, son görüşümüzdә isә sәn lap yorğun görünürdün.
Sem mәnә heç nә demәdi, amma bilirәm ki, o da sәnin Finiksdәn

298
   293   294   295   296   297   298   299   300   301   302   303