Page 286 - Stiven Kinq
P. 286
ven Kinq
“Keti”yә getmәyә qoymayın. İldırım düşәcәk, yanğınsöndürәnlәr
gәlәnә kimi artıq hәr şey yanıb kül olacaq. Elektrik mәftili
alışacaq. Çıxışda yanıb qaralmış cәsәdlәr tapılacaq. Onları yalnız
dişlәrindәki plomlarından tanıya bilәcәklәr. Orada... orada...
Patti Stren qışqırdı vә әlindәki plastik stәkanı yerә saldı,
stәkandakı buz parçaları otların üstünә dağılaraq, iri almaz
qırıntıları kimi parıldadı. Qız sәndirlәdi vә huşunu itirәrәk, yerә
sәrildi. Onun al-әlvan zәrif axşam donu otların üstünә qondu.
Qızın anası öz övladına tәrәf qaça-qaça Conninin üstünә qışqırdı:
– Siz nә danışırsınız? Sizdәn soruşuram, nәdir danışdığınız?
Qar kimi ağarmış Çak gözlәrini geniş açıb Conniyә baxırdı.
Conninin baxışları durulmağa başladı. O, әtrafına boylanıb,
hәr tәrәfdәn ona zillәnmiş qәzәbli baxışları gördü.
– Bağışlayın, – o mızıldandı.
Pattinin anası dizi üstә çökmüşdü, qızının başını qaldırıb,
yüngülcә sifәtini şillәlәyirdi. Qız qımıldanıb, inildәmәyә başladı.
– Conni... – Çak pıçıldadı vә cavab gözlәmәdәn öz sevgilisinin
yanına qaçdı.
Çatsvortların evinә sükut çökmüşdü. Hamının baxışları
Conniyә dikilmişdi. Yenә dә başına bu iş gәldi, yenә hamının
gözlәri ona zillәnib. Xәstәxanadakı tibb bacıları kimi. Reportyorlar
kimi. Onlar mәftilin üstündә sırayla oturmuş quzğunlara bәnzәyir.
Əllәrindә qәdәh vә içindә kartof salatı olan boşqablar tutublar,
gözlәrini ondan çәkmirlәr, – sanki buynuz çıxarmışdı.
Qaçıb gizlәnmәk, gözdәn itmәk istәyirdi. Ürәyi bulanırdı.
– Conni, – Rocer onun çiynini qucaqladı, – gedәk evә, sizә
burada qalmaq olmaz...
– “Keti” haradır? – Rocerin әlindәn çıxmağa çalışan Conni
onun sözünü kәsdi. – Bu, şәxsi ev deyil, çünki orada “Çıxış”
lövhәsi vurulub. Bu nәdir, haradır?
– Onu buradan aparın! – Pattinin anası qışqırdı. – Qızı yenә
qorxudacaq!
– Gedәk, Conni...
– Axı...
– Getdik!
286