Page 282 - Stiven Kinq
P. 282
ven Kinq

– Amma, ola bilsin, sizin özünüzün axırınıza çıxardılar, – o
dedi, – otuz üçüncü ildә bu oğlanlar yalnız pivәxanalarda mahnı
oxumaqla mәşğul olmurdular.

– Orası elәdir, – o, sual dolu nәzәrlәrlә Conniyә baxdı, – bәs
siz neylәyәrdiniz?

– Heç özüm dә bilmirәm, – Conni dedi.
Rocer mövzunu dәyişdi:
– Atanız öz arvadıyla bal ayını necә keçirdi?
Conni köksünü ötürdü. Onlar Mayami-Biçә getmişdilәr,
orada isә hotel xidmәtçilәrinin tәtili başlamışdı.
– Çarlina deyirdi ki, evdә qalmaq istәyir, çünki öz yorğan-
döşәyini özü salmağı xoşlayır. Atam isә gündә qaralmış bәdәnini
nümayiş etdirәrәk, özünü pijon kimi hiss etdiyini deyirdi. Ancaq,
mәncә, hәr ikisi razı qaldı.
– Mәgәr onlar öz evlәrini satdılar?
– Hә, eyni gündә. Özü dә yaxşı pula satdılar. Bu lәnәtә gәl-
miş xәstәxana hesabları olmasaydı, heç dәrdimiz olmazdı.
– Conni...
– Eşidirәm.
– Heç nә, heç nә. Gәlin qayıdaq. Sizi әla viskiyә qonaq edә-
rәm, etiraz etmirsiniz?
Onlar “Görünmәyәn Cud”u oxuyurdular vә Conni Çakın
kitabı necә asanlıqla mәnimsәmәsinә tәәccüb edirdi (Çak yalnız
ilk qırx sәhifәdә çәtinlik çәkmişdi). Çak etiraf etdi ki, gecәlәr dә
oxuyur vә “Cud”dan sonra Hardinin başqa bir kitabını da götürüb
oxumaq qәrarına gәlib. O, ömründә ilk dәfәydi ki, kitab oxumaqdan
hәzz alırdı.
Kitab indi dә onun dizinin üstündәydi. Conniylә birgә hovu-
zun kәnarında oturmuşdular, amma hәlә ora su buraxılmamışdı;
hәr ikisi pencәkdәydi. Göy üzündә bir yerә toplaşıb yağış әlәmәk
üçün hәrәkәtlәnmiş buludlar süzürdülәr. Havada qәribә, tünd bir
qoxu vardı: yaz gәlirdi. Artıq aprelin 16-sı idi.
– Yenә çaşdırıcı sual verirsәn? – Çak soruşdu.
– Yox.
– Sәncә, onlar mәni tutardılar?
– Sәn nә barәdә danışırsan? – Çaka qәdәr heç kim Conniyә
belә sual vermәmişdi.

282
   277   278   279   280   281   282   283   284   285   286   287