Page 278 - Stiven Kinq
P. 278
ven Kinq
axırına çıxandan sonra biz sәylәrimizi birlәşdirib bütün bu dәstәni
yox edәrik – axı acığımızı kimdәnsә çıxmalıyıq”.
Başı hәrlәnirdi. İndicә gicgahları da ağrımağa başlayacaq.
Hәr şey bununla qurtarmalıydı. Stilson barәdә fikirlәşәndә hәmişә
belә olur. Yatmaq vaxtıdır. Heç olmasa, bu dәfә yuxusunu
qarışdırmasaydı!
Amma onun cavab vermәli olduğu bir sual qalırdı.
O, bu sualı dәftәrçәlәrindәn birinә yazmışdı vә mütәmadi
olaraq onun üzәrinә qayıdırdı. Sualı sәliqәylә yazıb, üçqat hәlqәyә
almışdı, sanki qaçıb aradan çıxacağından qorxurdu. Sual belәydi:
әgәr zaman maşınına әylәşib 1932-ci ilә qayıda bilsәydin, sәn
Hitleri öldürәrdin, yoxsa yox?
Conni saata baxdı. Noyabrın üçü, saat birә iyirmi dәqiqә
qalmışdı. Amerikanın ikiyüzilliyi ilә üst-üstә düşәn növbәti
seçkilәr dә tarixә çevrilir. Doğrudur, Oqayo hәlә tәrәddüd edirdi,
ancaq Karter rәqiblәrini әmәlli-başlı üstәlәmişdi. Mübarizә
alınmamışdı. Bir az sәs-küy saldılar vә bununla da iş bitdi: qalib
müәyyәnlәşdi. Cerri Ford düz dördilliyә öz jokey papağını
mıxçadan asa bilәrdi.
Conni pәncәrәyә yaxınlaşdı. Böyük evdә hәyat әlamәtlәri
yoxdu, yalnız qarajın üstündәki kiçik otaqda işıq yanırdı: ABŞ-ın
gәlәcәk vәtәndaşı Nqo gözünü böyük Amerika seçki ritualının
oynandığı ekrana zillәmişdi: “bәzi-oğlanlar-gedir-bәzilәri-gәlirlәr”...
Conni yatağa uzandı, amma uzun müddәt gözünә yuxu
getmәdi.
Yuxusunda gülәn pәlәng gördü.
Herbert Smit müәyyәn olunmuş gündә vә saatda – 1977-ci
il yanvarın ikisindә Çarlina Makenziylә ikinci nikahda evlәndi.
Nikah mәrasimi Sautsvet Benddәki konqreqa-sionalist kilsәsindә
keçirildi. Gәlinin atası, gözlәri az qala tutulmuş qoca, qızını öz
әrinә tapşırdı. Qocayla yanaşı dayanan Conni lazımi mәqamda
nişan üzüyünü qızın barmağına taxdı. Budur, hәmin fәrәhli an da
yetişdi.
Nikah mәrasiminә öz әri vә artıq körpә yaşından çıxmış
oğluyla Sara Hezlit dә gәlmişdi. Sara hamilәydi, sevincindәn
yerә-göyә sığmırdı, sanki sәadәt mücәssәmәsi idi. Conninin
içindә qәribә qısqanclıq hissi baş qaldırdı, elә bil qәfildәn qaz
278