Page 276 - Stiven Kinq
P. 276
ven Kinq

almışdılar. Konkordakı mitinq zamanı Stilsonun tikdirdiyi hәmin
ticarәt mәrkәzindә sәkkizyaşlı qızcığazın qolunu sındırmış, fәqәrә
sümüyünü zәdәlәmişdilәr, qızın anası tәbdәn çıxaraq çığırır,
deyirdi ki, uşaq öz kumirindәn avtoqraf almaq istәyirmiş, “moto-
sikletçi psixlәr” isә onu itәlәyib Stilsonun çıxış etdiyi kafedradan
yerә yıxıblar. Qәzet “Stilsonun çıxışı zamanı bәdbәxt hadisә”
başlıqlı qısaca xәbәr verdi vә tezliklә hәr şey unuduldu.

Qreqin maliyyә hesabatı haqqında mәlumatla tanış olan
Conni düşündü ki, heç olmasa, buradan nәsә tәzә bir şey öyrәnә
bilәcәk. 1975-ci ildә Stilson federal vergi ödәmişdi – otuz altı
min dollar ümumi mәblәğdәn on bir min; o, yerli vergiyә diqqәt
yetirmәdi, çünki Nyu-Hempşir vergi tutmur. Stilson iddia edirdi
ki, onun gәlir mәnbәyi, mer kimi aldığı qәpik-quruşu hesaba al-
masaq, daşınmaz әmlakın sığortası şirkәtidir. Konkordakı ticarәt
mәrkәzindәn qazandığı pullar barәdә heç nә demirdi. Kredit-
filan götürmәdәn sәksәn altı min dollarlıq evi necә aldığını isә
izah etmәyә heç cәhd dә göstәrmirdi. Vergidәn yayındığına görә
Birlәşmiş Ştatların prezidentinin oğlunun belә, sıxma-boğmaya
salındığı bir vaxtda, sayıqlamaya bәnzәr maliyyә hesabatı ilә
bağlı Stilsona gözünün üstündә qaşın var deyәn olmamışdı.

Bәs o, mer vәzifәsinin öhdәsindәn necә gәlib? Ona Nüma-
yәndәlәr Palatasına namizәd gözündә baxsaq, o, mer rolunda
tәxmin edildiyindәn dә yaxşı çıxış etmişdi. O, özünü ehtiyatlı vә
işgüzar, insanları vә sosial psixologiyanı mәnimsәmiş bir mәmur
kimi göstәrә bilmişdi. Öz vәzifә müddәtini son on ildә ilk dәfә
müsbәt balansla başa vuran Stilson vergi ödәyicilәrinin rәğbәtini
qazana bilmişdi. O, benzindoldurma mәntәqәlәrini yenidәn
qurması vә özünün “hippilәrin әmәklә tәrbiyәlәndirilmәsi proqramı”
ilә fәxr edirdi. Vә ya başqa bir mәqam: Ricueydә, ölkәdә ilk dәfә
Amerikanın ikiyüzilliyinin qeyd olunması ilә bağlı komitә tәşkil
edilmişdi. Bir sözlә, bütün işlәr qaydasındaydı.

Ancaq Stilsonun mer postunda oturmasının bәzi özәlliklәri
vardı vә bunlar Connini narahat olmağa sövq edirdi. Mәsәlәn,
şәhәr kitabxanasına verilәn dotasiya on bir min beş yüz dollardan
sәkkiz minә endirilmişdi. Eyni zamanda bәlәdiyyә polisinin
ehtiyacları üçün ayrılan pulun mәblәği xeyli artırılmışdı. Üstәlik,

276
   271   272   273   274   275   276   277   278   279   280   281