Page 279 - Stiven Kinq
P. 279
Ölü zona

hücumuna mәruz qalmışdı. Bir neçә saniyәdәn sonra hәr şey
qaydasına düşdü vә mәrasim başa çatan kimi Conni onlara
yaxınlaşıb söhbәtә başladı.

Saranın әrini birinci dәfәydi ki, görürdü. Bu, nazikbığlı,
saçlarına tez dәn düşmüş boylu-buxunlu bir kişiydi. O, uğurla
Men ştatının senatına keçmişdi vә indi seçkilәrdәn sonra yaranmış
vәziyyәt, müstәqil qubernatorla dil tapmağın necә çәtin olması
barәdә danışırdı. Balaca Denni isә bu zaman onun şalvarını
dartışdıraraq “suu.., içmәk istәyirәm” deyә mızıldanırdı.

Sara az danışırdı, amma alışıb-yanan gözlәrini Conninin
üzündәn çәkmirdi; bunu hiss edәn Conni bir qәdәr karıxsa da,
bundan hәm mәmnunluq duyur, hәm dә kәdәrlәnirdi.

Çaxır su yerinә axırdı. Conni hәmişәkindәn iki dәfә çox –
dörd bakal çaxır içdi. Ola bilsin ki, bunun sәbәbi buraya öz
ailәsiylә gәlmiş Sara ilә görüşmәsi idi, bәlkә dә, Çarlinaya baxıb,
Vera Smitin hәyatından hәmişәlik getdiyini yalnız indi anladığı
üçün içirdi... Hezlitlәrin çıxıb-getmәsindәn on beş dәqiqә sonra,
gәlinin atası Hektor Markstounun yanına yollanarkәn, Conni
artıq sәrmәst idi.

Qoca küncdә, bir hissәsi yeyilmiş toy piroqunun yanında
әylәşib, artritdәn qıc olmuş әllәrini әsasına dayamışdı. Onun
qara gözlüyünün bir cınağı izolәedici lentlә sarınmışdı. Yanında
iki boş, bir yarımçıq pivә şüşәsi vardı. O, diqqәtlә Conninin
üzünә baxırdı.

– Sәn Herbertin oğlusan?
– Bәli, ser.
Hektor Markstoun Conninin üzünә daha da diqqәtlә baxaraq
dedi:
– Gözümә heç yaxşı dәymirsәn, oğlan.
– Gecәlәr çox işlәyirәm, yәqin, ondandır.
– Bir az canlanmaq üçün bir şey içmәlisәn.
– Siz Birinci Dünya müharibәsindә iştirak etmisiniz? –
Conni soruşdu.
Qocanın astarlıq parçadan tikilmiş göy pencәyinin yaxasına
medallar, o cümlәdәn dә fransız Savaş Xaçı taxılmışdı.
– Əlbәttә, – Markstoun canlandı, – Cek Perşinqin komandanlığı
altında xidmәt edirdim. Amerika ekspedisiya korpusunda. On

279
   274   275   276   277   278   279   280   281   282   283   284