Page 274 - Stiven Kinq
P. 274
ven Kinq
biçilmәsindә istifadә edilmәsiylә bağlı yerli qәzetә göndәrdiyi
mәktubdan sonra yenidәn bütün ştata sәs saldı. Bir çoxları bu
ideyanı yenә dә sәfeh fikir adlandırdı. “Siz bir sınayın, bir şey
çıxmasa, imtina edәrsiniz,” – Qreq onlara dedi. Şәhәr hakimiyyәti
bu ideyanı sınaqdan keçirmәyә razılıq verdi. Nәticәdә “nәşәxor”lar-
dan biri yerli kitabxananın köhnәlmiş mürәkkәb kataloqlaşma
sistemini daha müasiri ilә, konqresin kitabxanasında tәtbiq olunan
sistemlә әvәzlәdi... vә sözsüz ki, buna görә pul-para almadı. Kef
mәclislәrindәn birindә hәbs olunmuş hippi dәstәsi şәhәr parkını
cәnnәtә çevirdi – onlar burada hovuz vә dәqiq mühәndis
hesablamaları әsasında, minimal risklәrlә maksimum insan
kütlәsinә xidmәt göstәrә bilәn attraksion düzәltdilәr. Qreqin
sözlәrinә görә, bu hippilәrin çoxu mәktәb vaxtlarında texnikayla
maraqlanan insanlar olublar; belә isә, – o soruşurdu – nә üçün
onların mәktәbdә әldә etdiklәri digәr biliklәrdәn dә yararlanmayaq?
Qreq öz yeni vәtәnindә avtoservis vә narkomaniya ilә bağlı
hәyata keçirdiyi dәyişikliklәrlә yanaşı, müntәzәm olaraq Mançesterin
“Yunion-Lider”, Bostonun “Qlobus” qәzetlәrinә vә “Nyu-York
tayms”a mәktublar yazırdı. O, bu mәktublarda Vyetnam müharibәsi
ilә bağlı kәskin sağçı baxışlarını bildirir, islaholunmaz narkomanlar
vә ilk növbәdә, heroin satanlar üçün ölüm hökmü verilmәsini
tәklif edirdi. Sonralar, Nümayәndәlәr Palatasına seçilәrkәn, Qreq
dәfәlәrlә bәyan etmişdi ki, o, az qala yetmişinci illәrdәn Vyetnam
müharibәsinә qarşı çıxırmış. Ancaq әvvәllәr qәzetlәrdә dәrc
etdirdiyi fikirlәri onun ağ yalan danışdığını üzә çıxarırdı.
1970-ci ildә Qreq Stilson daşınmaz әmlakın sığortalanması
ilә mәşğul olan özәl şirkәt yaratdı vә böyük uğurlar әldә etdi.
Artıq üç ildәn sonra o, üç iş adamı ilә birlikdә, ştatın paytaxtı
Konkordun (o, indi bu şәhәrdә üçüncü seçki dairәsinin sәlahiyyәtli
nümayәndәsi kimi fәaliyyәt göstәrirdi) kәnarında ticarәt mәrkәzinin
tikintisini maliyyәlәşdirirdi. Bu, tәkcә әrәblәrin neft boykotu ili
deyildi, hәm dә Qreqin “Linkoln-kontinental” sürmәyә başladığı
il idi. Elә hәmin il o, öz namizәdliyini Ricueyin meri postuna
irәli sürdü.
Düz iki il bu postda qaldıqdan sonra, iki il öncә Yeni
İngiltәrәnin bu balaca şәhәrinin (8500 nәfәr sakin) respublikaçıları
274