Page 284 - Stiven Kinq
P. 284
ven Kinq

– Mәnә elә gәlir ki, siz pәlәnglәrә görә boş yerә narahatlıq
keçirirsiniz, siz onları olmadıqları yerdә görürsünüz, – o dedi, –
kolluqların arasında pәlәngin zolaqlarını görmәk mümkün deyil.
Odur ki, narahat adamın gözünә hәr yerdә pәlәng görünür.

– Axı pәlәng mövcuddur, – Conni etiraz etdi.
– Ola bilsin, – Nqo razılaşdı, – ancaq o, haradasa gizlәnib.
Siz isә göz önündә şam kimi әriyirsiniz.
Conni ayağa durdu, soyuducuya yaxınlaşıb özünә pepsi
tökdü vә әlindә stәkan eyvana çıxdı. O, oturub pepsi içir vә
düşünürdü ki, zamanla sәyahәt edә bilmәdiklәri üçün insanlar
xoşbәxtdirlәr. Ayın narıncı gözü şam ağaclarının çәtiri üzәrindә
parıldadı, qan rәngindә işıq zolağı hovuzun üstünә düşdü.
Qurbağalar quruldaşdı, suyun şappıltısı eşidildi. Conni bir qәdәr
belәcә dayanıb evә keçdi vә pepsiyә xeyli rom qatdı. Sonra
eyvana qayıtdı, yenә dә әlindә stәkan oturdu vә Ayın getdikcә
sәmaya yüksәlәrәk sirli gümüşü rәngә boyanmasına tamaşa
etmәyә başladı.
1977-ci il iyunun 23-ü Çakın mәktәblә vidalaşma günüydü.
Bu münasibәtlә bayram kostyumunu geymiş Conni bürkülü
otaqda Rocer vә Şelli Çatsvortlarla oturub, siyahı üzrә qırx üçün-
cü olan Çaka mәktәb tәrәfindәn attestatın verilmәsinә baxırdı.
Şellinin gözlәri yaşarmışdı.
Sonra Çatsvortların evinin qarşısındakı çәmәnlikdә ziyafәt
verildi. Bürkülü, rütubәtli bir gün idi. Qırmızı qarın bağlamış iri
buludlar qәrb tәrәflәrdә göy üzünә topalaşmışdı. Yavaş-yavaş
üfüq boyu süzәn buludlar, deyәsәn, bu yanlara gәlmәyәcәkdi. Üç
stәkan kokteyldәn sonra qızarmış Çak sevgilisi Patti Strenlә
birgә Conniyә yaxınlaşdı vә mәktәbi bitirmәsi münasibәtilә
valideynlәrinin aldığı son model “Pulsar” saatını ona göstәrdi.
– Əslindә mәn robot istәmişdim, amma, görünür, pulları
çatmayıb, – Çak dedi. Connini gülmәk tutdu. Bir qәdәr dә söhbәt
etdikdәn sonra Çak qәfildәn dedi: – Sizә çox minnәtdaram,
Conni. Siz olmasaydınız, mәn bu gün attestat ala bilmәzdim.
– Şişirtmә, dostum, – Conni dedi. Çakın sәsindәki titrәyәn
notlar onu narahat edirdi, – çox şey әsil-nәcabәtdәn asılıdır.
– Mәn dә ona elә bunu deyirәm, – Çakın sevgilisi dedi.
Gözlüyü onun soyuq, zәrif gözәlliyinә azacıq xәlәl gәtirirdi.

284
   279   280   281   282   283   284   285   286   287   288   289