Page 252 - Stiven Kinq
P. 252
ven Kinq

tutub dedi, – bir, iki, üç... – Dinamiklәrdәn birindә güclü fon sәsi
vardı, mikrofonu yoxlayan adam dinamiki bir az aralı qoymağa
işarә verdi...

Kütlә әsasәn on beş yaşından otuz beş yaşınacan gәnclәrdәn
ibarәt idi. Heç kim darıxmırdı. Əllәrindә şokoladdan düzәldilmiş
şahzadә vә küçük fiqurları tutmuş balacalar ora-bura qaçışırdı.
Kişilәr plastik stәkanlarda pivә içirdilәr. Bir neçә it adamların
içindә vurnuxur, tör-töküntülәrin üstündә boğuşurdu. Günәş
iltifatla hamını öz istisinә qonaq edirdi.

“Namizәdlә görüşә belә hazırlaşmazlar, – Conni düşündü. –
Adәtәn hәr cür şıltaqlığı özünә rәva bildiyin dost mәclisindәn...
vә ya axşam ziyafәtindәn öncә adamlar özlәrini belә aparır.”

– Sınaq...bir-iki-üç... bir-iki-üç...
Conni gördü ki, böyük dinamiklәri ağaclara sarıyırlar.
Mıxlamırlar, mәhz sarıyırlar. Ətraf mühitin yorulmaz müdafiәçisi
Stilson texniki xidmәtә bir ağaca belә zәrәr vermәmәk barәdә
xәbәrdarlıq etmişdi. Conni başa düşdü ki, hәr şey xırdalıqlarına
qәdәr düşünülüb-daşınılıb. Burada heç nә başlı-başına buraxılmır.
İki sarı mәktәb avtobusu sol tәrәfdәn artıq adamların dolub-
daşdığı dayanacağa yaxınlaşdı. Avtobusun qapıları açıldı, oradan
bir-biriylә qızğın söhbәtlәr aparan qadınlar vә kişilәr tökülüşmәyә
başladı. Onlar buraya toplanmış kütlәdәn çox fәrqlәnirdilәr – ki-
şilәrin bәzilәri kostyum geymişdi, digәrlәrinin әynindә idman
biçimli pencәk vardı, qadınlar isә xışıldayan әtәklәrdә vә bluzda,
yaxud sәliqәli gözәl donlardaydılar. Bu adamlar әtrafa uşaq kimi
tәәccüblә vә vәcdlә baxırdılar. Conni dodaqaltı qımışdı – Nqo öz
sinfi ilә gәlmişdi.
Conni avtobusa tәrәf getdi. Nqo diaqonal kostyum geymiş
hündürboylu kişi vә iki çinli qadınla yanaşı dayanmışdı.
– Xoş gördük, Nqo, – Conni dedi.
– Conni! – Nqonun eyni açıldı. – Nә xoş tәsadüf! Nyu-Hempşir
gözәl günlәrini yaşayır, deyilmi?
– Yәqin ki, elәdir, – Conni cavab verdi.
Nqo öz yoldaşlarını tәqdim etdi. Diaqonal kostyumdakı kişi
polyak imiş, iki qadın isә tayvanlı idi. Qadınlardan biri Conniyә
dedi ki, görüşdәn sonra namizәdin әlini sıxmaq arzusundadır vә
çantasından avtoqraf almaq üçün saxladığı bloknotu çıxardı.

252
   247   248   249   250   251   252   253   254   255   256   257