Page 249 - Stiven Kinq
P. 249
Ölü zona
vә azacıq tәrәddüddәn sonra onlara altı şüşә “Tuborq” pivәsi dә
әlavә etdi. Bu dәqiqәlәrdә özünü әla hiss edirdi. Qreq Stilson vә
onun dәmir atlı primitiv cangüdәnlәri heç yadına da düşmürdü.
Sәbәti oturacağın altına qoyub, cәnub-şәrqә – 1-95 avtos-
tradasına doğru istiqamәt götürdü. Son dәqiqәyә qәdәr hәr şey
öz yolundaydı. Qәfildәn ağlına әcaib-qәraib şeylәr gәlmәyә
başladı. Əvvәlcә ölüm yatağında anasını xatırladı. Onun dişlәri
ağarırdı, әyilmiş әllәrini yorğanın üstünә qoymuşdu, sәsi astadan
çıxırdı, elә bil ağzı pambıqla dolu idi.
Sәnә nә demişdim? Bәyәm bunu sәnә demәmişdimmi?
Conni radionun sәsini artırdı. Stereodinamikdәn әtrafa әla
rok-n-roll sәdaları yayılırdı. O, dörd il yarım yuxuda olmuşdu,
ancaq, şükür Allaha ki, rok-n-roll yoxa çıxmamışdı, hәlә dә
yaşayırdı. Conni dә oxumağa başladı.
O, sәnin boynuna missiya qoyub. Ondan qaçma, Conni.
Radioqәbuledici anasının sәsini batıra bilmirdi. Sәs qәbirdәn
gәlsә belә.
Başını gizlәtmә, elә etmә ki, o, sәni udmaq üçün böyük bir
balıq göndәrsin.
Böyük balıq onu, doğrudan da, uddu. Bu balığın adı Leviafan
deyil, komaydı. O, dörd il yarım bu balığın qarnında qalmışdı vә
bu, ona bәs idi.
Üzәrindә ox işarәsi olan yol nişanı göründü vә budur, arxada
qaldı. Conni fikirli olduğundan döngәni ötüb keçdi. Bu, keçmişin
kabusları idi, onlar geri çәkilmәk, onu rahat buraxmaq istәmirdilәr.
Eybi yox, o, növbәti döngәyә burular vә qövs cızıb, geri qayıdar.
Sәn dulusçu deyilsәn, dulusçu gilisәn, Conni.
– Yaxşı, bәsdir, – o mızıldandı. – Bu zir-zibili başımdan
çıxarmalıyam. Vera Smit, әlbәttә, fanat idi, – öz anası haqqında
pis fikirlәşsә dә, bu, hәqiqәt idi. Orion bürcündәki cәnnәt, uçan
boşqablardakı mәlәklәr, yeraltı sәltәnәt... Onun dәliliyi Qreq
Stilsonunkundan az fәrqlәnirdi.
Qulaq as, Tanrı xatirinә, bu tipә baş qoşma.
“Qreq Stilsonu Nümayәndәlәr Palatasına göndәrsәniz, deyә
bilәcәksiniz: “İSTİ SOSİSKALAR! NƏHAYƏT, BU BARƏDƏ
DƏ DÜŞÜNƏN TAPILDI!”
249