Page 244 - Stiven Kinq
P. 244
ven Kinq

başqa, onlar heç bir problemi hәll etmәyә qadir olmayan siyasi
xadimlәri yerlәrindә oturtmaq istәyirlәr. Stilson ziyansız adamdır.

– Hm... amma göylәrlә әllәşir, – Conni dedi vә onlar gülüş-
dülәr.

– Mәgәr ağıldankәm siyasәtçilәrimiz azdırmı? – Rocer dedi, –
Nyu-Hempşirli Stilson da onlardan biri kimi sosiskaların kömәyiylә
özünә yol açır. Kaliforniyalı Hayakava da onlardan biridir. Elә
bizim qubernator Meldrim Tomsonu götürәk. Keçәn il o, Nyu-
Hempşir Milli qvardiyasını taktiki nüvә silahı ilә silahlandırmaq
istәyirdi. Bu, ağılsızlıq deyilsә, bәs nәdir?

– Sizcә, üçüncü dairәnin seçicilәri bu kәnd tәlxәyini Va-
şinqtona göndәrsәlәr, düzgün hәrәkәt etmiş olacaqlar?

– Siz bir şeyi başa düşmürsünüz, – Çatsvort sәbirlә izah
etmәyә başladı, – özünüzü seçicilәrin yerinә qoyun, Conni.
Üçüncü dairәnin әhalisi, әsasәn, “yaşıl yaxalıqlılar”dan, xırda
ticarәtçilәrdәn ibarәtdir. Əyalәtdә yaşayan insanlar, demәk olar
ki, әylәncәdәn mәhrumdur. Bu insanlar Devid Bouza dildәn
pәrgar olduğuna vә uzaqdan Dastin Hoffmanı xatırlatdığına görә
sәs toplayacağını düşünәn qıvraq bir oğlan kimi baxırlar. Bәzilәri
isә, sadәcә olaraq, cins şalvar geydiyi üçün onu özününkü hesab
edir.

İndi isә Fişeri götürәk. Nominal olaraq, mәnim namizәdimi.
Mәn Nyu-Hempşirin bu hissәsindә onunçün, elәcә dә digәr
respublikaçı namizәdlәr üçün vәsait toplanmasını tәşkil etdim.
O, Kapitoli tәpәsi ilә elә doğmalaşıb ki, sanki onun mәnәvi
dәstәyi olmasa, Kapitolinin qübbәsi uçacaqmış. Bütün hәyatı
boyu onun beynindә heç bir ideya yaranmayıb, o, heç vaxt
çoxluğun әleyhinә getmәyib. Onun adı heç nәylә lәkәlәnmәyib,
o, qaranlıq işlәrlә mәşğul olmaq üçün çox kütdür, baxmayaraq
ki, “Koregeyt işi”ylә1 bağlı ona da çamur ata bilәrlәr. Çıxışları
isә kanalizasiya avadanlığı kataloqunun sәhifәlәrindәki mәtnlәri
xatırladır. Sadә insanlar bütün bunların fәrqindә olmaya bilәrlәr,
amma belә şeylәri hiss edirlәr. Harrison Fişerin öz seçicilәri
üçün nәsә edәcәyini düşünmәk belә әsl nonsensdir.

1“Koregeyt işi” – “Uotorgeyt işi” ilә analoji olan söz birlәşmәsi. Yüksәk vәzifәli ameri-
kalıların Cәnubi Koreya hakimiyyәti tәrәfindәn satın alınması ilә bağlı qalmaqal nәzәrdә
tutulur.

244
   239   240   241   242   243   244   245   246   247   248   249