Page 243 - Stiven Kinq
P. 243
Ölü zona

Amma bugünkü gün üçün Stilson Nyu-Hempşir seçicilәrinin
ağlına olmasa da, qәlbinә yol tapa bilib. – Corc Herman әlini
qaldırdı, o, әlindә sosiska tutmuşdu. Sosiskanın yarısını dişlәyib
sözünü tamamladı: – Corc Herman, Si-Bi-Es-in xәbәrlәr depar-
tamenti, Ricuey, Nyu-Hempşir.

Ekranda yenidәn Uolter Kronkayd göründü.
– İsti sosiskalar, – o, kinayәylә gülümsәyәrәk dedi, – belә-
belә işlәr...
Conni qalxıb televizoru söndürdü.
– İnanılmazdır, – o dedi, – bu tip doğrudanmı Nümayәndәlәr
Palatasına seçilmәk istәyir? Bu, zarafat deyil ki?
– Onu bilmәk olmaz, – Rocer gülümsündü, – istәnilәn halda
o, öz namizәdliyini irәli sürüb. Mәn özüm respublikaçıyam,
amma boynuma alıram ki, bu oğlan mәnim dә ürәyimә yatır.
Tәsәvvür edirsinizmi, onu yarım düjün keçmiş başkәsәn-moto-
sikletçi mühafizә edir. Əsl dәmir atlılar. Onlar, әlbәttә ki, “ölüm
mәlәklәri” deyil, ancaq vaxtilә qaranlıq işlәrlә mәşğul olduqlarına
şübhә yoxdur. Deyilәnә görә, onları Stilson tәrbiyәlәndirib.
“Oğru-quldurlar şәxsi mühafizә dәstәsindә. Gün gündәn pis
gәlir, – Conni düşündü, – “Rollinq stounz”un Kaliforniya şәhәri
Atlamontada verdiyi pulsuz konsert zamanı ansamblın mühafizәsini
dә bu cür quldurlara tapşırmışdılar. Nәticәsi mәlumdur”.
– Bәs bu mühәrrikli bandit dәstәsinә gözün üstә qaşın var
deyәn yoxdur?
– Hәlәlik yox. Hәlә ki, özlәrini yaxşı aparırlar. Ricueydә
Stilson artıq çoxdandır ki, çәtin yeniyetmәlәrlә işlәmәyi bacaran
insan kimi ad çıxarıb.
Conni şübhәylә gülümsәdi.
– Onu gördünüz, – Rocer ekrana işarәylә dedi, – әmәlli-
başlı kloundur. Hәr dәfә bu cür hoqqalar çıxarır. Kaskanı camaatın
içinә atır, – yәqin, yüz belә kaska atıb – sosiska paylayır. Hә, o,
kloundur, ancaq nә olsun? Bәlkә, camaatın hәrdәn bax bu cür
әylәnmәsi dә lazımdır. Bizim neftlә bağlı problemlәrimiz var, in-
flyasiya nәzarәtdәn çıxır, vergilәr sıravi amerikalını boğaza yığıb,
üstәlik corciyalı sәrgәrdanın birisini prezident seçmәk istәyirik.
Odur ki, insanlar bir-iki ağız ürәkdәn gülmәk istәyir. Bundan

243
   238   239   240   241   242   243   244   245   246   247   248